Icma.az
close
up
RU
Firuz Qulami ilə bağlı sənədə tək mən yox, sabiq futbolçuların hamısı imza atıb

Firuz Qulami ilə bağlı sənədə tək mən yox, sabiq futbolçuların hamısı imza atıb

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni yaradılan "Gəncənin futbol əfsanələri" şurasının sədri Əli Rəhimov ünvanına sərt fikirlər səsləndirən Gəncə Futbol Veteranları İctimai Birliyinin sədr müavini Firuz Qulaminin onun haqqında səsləndirdiyi ittihamlara reaksiya bildirib. 

Tribuna verdiyimiz qurumun rəhbəri Fanat.Az-a açıqlamasında futbol veteranının dediklərini cavabsız qoymayıb.

Rəhimov uzun illər çiyin-çiyinə işlədiyi Qulaminin ittihamlarını yaxına buraxmayıb: 

"Mənim Furuzla heç bir problemim, ona qarşı iddiam yoxdur. O yaşım deyil ki, intriqa aparım. Firuz əksini iddia edirsə, özü bilər. Deyir ki, onunla bağlı məktubu tək mən imzalamışam. Halbuki, sabiq futbolçuların hamısı sənədə imza atıb. Söhbət hansısa məhkəmə sənədindən getmir. İrad o idi ki, klub haqqında əsassız ittihamlar səsləndirilirsə, bunu əsaslandırmalıdır.
"Feysbuk" səhifələrinin mənim göstərişimlə bloklanması barədə dedikləri də həqiqətə uyğun deyil. Mən neçə illər futbol oynamışam, sonra da daxili işlər orqanlarında işləmişəm. Heç vaxt belə əməllərlə məşğul olmamışam. Mən onların birliyinin üzvü olmuşam, niyə bu işi görüm?
Qulaminin məndən şikayəti varsa, niyə bunu sizə deyir, gəlsin üzbəüz danışaq, sözünü desin. Məni tanımır, yoxsa nömrəmi bilmir? Uzun illər çiyin-çiyinə işləmişik. Əslində, mən onu qınamıram. Çünki özüm də onun durumunda olmuşam, həmin incikliyi yaşamışam. İşsizlikdir, umacağı var. Futbolçuya diqqət yetirilməyəndə inciyir. Canı yanır, istəklərini dilə gətirir. Mən demirəm ki, o, düz danışmır. Sadəcə, məni hədəf götürməsi anlaşılan deyil. Bu, bizə yaraşmaz. Şuranı AFFA yaradıb, biz də icraçıyıq. Qarşıya hansı proqram qoyulubsa, biz də onunla getməliyik. Məqsəd veteranları klubun ətrafında birləşdirməkdir. Şuraya cəlb olunanlar təkcə "Kəpəz"in yox, həm də "Dinamo Kirovabad", "Tekstilşik" və "Tərəqqi"nin veteranlarıdır. Firuz bu gün o şurada yoxdursa, o demək deyil ki, heç vaxt olmayacaq. Xeyr, o da sıralarımıza cəlb olunacaq. Sadəcə, ilk iclasda yer məhdudiyyəti var idi. Bütün keçmiş futbolçuları, əfsanələri klubun ətrafında birləşdirmək vəzifəsi qarşıya qoyulub. Fikrimiz komandanı bu çətin durumdan çıxarmaq, dəstək olmaq və Gəncənin keçmiş futbolçuları ilə bağlı informasiya bazası formalaşdırmaqdır".   

Mirağa 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see470

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see240

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see182

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see151

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see143

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri