Icma.az
close
up
RU
“Firuzə” konsert tamaşasının premyerası olub

“Firuzə” konsert tamaşasının premyerası olub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 15 fevral, Gülay Nəzərova, foto İlkin Cavanşirov, AZƏRTAC

Fevralın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, professor İsmayıl Hacıbəyovun bəstələdiyi və librettosunu qələmə aldığı “Firuzə” konsert-tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən konsert-tamaşada dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılıq irsində xüsusi yer tutan, lakin zamanında natamam qalmış opera ideyasının yeni səhnə həyatı ilk dəfə olaraq tamaşaçılara təqdim edilib.

Konsertdən əvvəl çıxış edən professor, Əməkdar incəsənət xadimi, Xalq artisti Ülviyyə Hacıbəyova bildirib ki, əsərin səhnə həyatı qazanması milli musiqi mədəniyyətimizin inkişafı və zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, bu layihə dahi bəstəkarın yaradıcılıq ideyalarına ehtiramın ifadəsi olmaqla yanaşı, milli opera ənənələrinin müasir bədii-estetik düşüncə ilə sintezinin uğurlu nümunəsidir.

Konsert-tamaşada Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Akademik Opera və Balet Teatrının simfonik orkestri və xoru çıxış edib. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Tofiq Şıxıyev, Roza Səlimova və Nüşabə İsadır.

“Firuzə” saf məhəbbətin, mənəvi gücün və taleyin sınaqlarının musiqili salnaməsidir.

Operanın III və IV şəkillərinin orkestrləşdirilməsi bəstəkar Rüfət Xəlilova, şeirlərin mətni isə Xalq şairi Cabir Novruza məxsusdur.

Rollarda Əməkdar artist İnarə Babayeva (Firuzə), Fəhmin Əhmədli (Polad), Mahir Tağızadə (Şah), Fatimə Cəfərzadə (Əzizə), Əməkdar artist Tural Ağasıyev (Vəzir), Aytac Şıxəlizadə (Xanəndə qız, Firuzənin qulluqçusu), Hidayət Əliyev və Orxan Cəlilov (keşikçilər) çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Fevral 2026 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri