Icma.az
close
up
RU
“Vəfa” tamaşasının premyerası olub

“Vəfa” tamaşasının premyerası olub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, şair, dramaturq Rəsul Rzanın “Vəfa” pyesi əsasında Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi eyniadlı tamaşasının premyerası olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirilən premyerada rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov görkəmli şairin zəngin yaradıcılığı, ibrətamiz həyat yolu barədə fikirlərini bölüşüb. Qeyd edib ki, böyük şairimiz, unudulmaz Rəsul Rzanın 115 yaşı münasibətilə illər sonra yenidən təqdim olunan, Bakı Bələdiyyə Teatrının səhnələşdirdiyi “Vəfa” tamaşasının nümayişinin bu günə təsadüf etməsi heç də təsadüfi deyil.

“28 May - Müstəqillik Günü ərəfəsində hazırlanan tamaşa əslində Rəsul Rza yaradıcılığının bütövlükdə Azərbaycanımızı azad görməsi və daima yaradıcılığında bunu xüsusilə qeyd etməsi şairin böyük arzusu, istəyi idi. Bu gün bu premyera bayram əhval-ruhiyyəsi yaradır. Unudulmaz şairin İkinci Dünya müharibəsi illərində yazdığı pyesin onun yubileyində Müstəqillik Günündə tamaşaçılara təqdim olunması Rəsul Rzanın ruhunu şad edir və bayram ovqatını daha da artırır”, - deyə akademik diqqətə çatdırıb.

Rafael Hüseynov daha sonra Bakı Bələdiyyə Teatrının baş rejissoru, “Vəfa” tamaşasını səhnələşdirən Xalq artisti Mərahim Fərzəlibəyova Rəsul Rza Mükafatını təqdim edib.

Rəsul Rzanın “Vəfa” pyesi inam, dostluq, sədaqət, dönüklük, ara qarışdırmaq kimi müsbət və mənfi keyfiyyətləri özündə əks etdirir. Pyesdə İkinci cahan savaşında göstərilmiş şücaət ümumxalq hünəri kimi təqdim edilir. Vətəni sevmək, xalqına bağlı olmaq pyes boyu müəllif tərəfindən vurğulanır. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur. Rejissor səhnə əsərində müəllifin şeirlərindən, Krım cəbhəsində yazdığı məktublardan istifadə edib.

Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

Səhnə əsərində rolları teatrın aktyorları canlandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see223

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see212

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see210

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see206

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see199

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see198

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see192

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see192

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see191

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see185

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see184

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see184

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see181

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see180

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see179

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see178

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see177

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see171

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri