Fitch : Azərbaycanda ipoteka kreditlərinin 80% i dövlət hesabına verilir
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir".
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin qiymətləndirməsində bildirilib.
Qeyd edilib ki, ölkədə ev təsərrüfatlarına verilən ipoteka kreditlərinin təxminən 80%-i İpoteka və Kredit Zəmanət Fondu (İKZF) vasitəsilə həyata keçirilir. Fond aşağı faizli maliyyə resurslarını bazara yönəltməklə mənzillərin əlçatanlığını artırır və dövlətin milli mənzil siyasətinin əsas icraçısı kimi çıxış edir.
"Fond kommersiya məqsədi daşımayan, lakin aşağı maliyyətli maliyyə resursları ilə dəstəklənən gəlirli dövlət qurumudur. 2024-cü ildə mənfəəti 23,2 milyon manat olub və əvvəlki illə müqayisədə dəyişməyib. Kredit portfelinin tədrici genişlənməsi hesabına faiz gəlirlərinin artması əmək xərclərinin yüksəlməsi ilə kompensasiya olunub. Aktivlərin keyfiyyəti güclü olaraq qalır – problemli kreditlərin payı ipoteka və kirayə mənzil mexanizmi portfelinin 0,1%-dən azdır"- reytinq agentliyinin açıqlamasında vurğulanıb.
Xatırladaq ki, "Fitch Ratings" İKZF-nin uzunmüddətli xarici və yerli valyutada olan reytinqlərini “BBB-” səviyyəsində təsdiqləyib, proqnozu isə “Stabil” olaraq saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 13 Noyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















