Icma.az
close
up
RU
® Trendyol “INmerge” İnnovasiya Sammitinin e ticarət tərəfdaşıdır

® Trendyol “INmerge” İnnovasiya Sammitinin e ticarət tərəfdaşıdır

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol regionun ən böyük innovasiya tədbiri “INMerge” İnnovasiya Sammitinin e-ticarət tərəfdaşıdır.

“PAŞA Holding”in təşkilatçılığı ilə sentyabrın 29-30-da baş tutan sammit regionda innovasiyaların inkişafına töhfə vermək, ekosistemin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaq, startap və investorları bir araya gətirmək məqsədi daşıyır.

Tədbirin ikinci günündə “Trendyol”un dəstəyilə "Regional çempionların yüksəlişi: aparıcı e-ticarət şirkətləri sərhədləri necə aşır?" mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə iştirak edən çıxışçılar regional şirkətlərin müxtəlif bazarlardakı iş prinsipləri, lokal ekosistemə inteqrasiyaları və lokallaşma strategiyaları haqqında danışıblar.

“Trendyol”un beynəlxalq genişlənmə üzrə rəhbəri İrem Çağrı Yılandil şirkətin yeni bazarlardakı strategiya və təcrübəsini bölüşüb.

“Biz fəaliyyət göstərdiyimiz hər bir bazarda müştərilərimizin gözləntilərini, vərdişlərini, üstünlüklərini anlayırıq və dəyərli təcrübələr yaratmaq üçün bu çox önəmlidir.

Məqsədimiz fəaliyyət göstərdiyimiz bazarlarda sadəcə satışlarımızı artırmaq yox, yerli ekosistemin aktiv bir hissəsinə çevrilmək və bazarın inkişafına töhfə verməkdir. Beləliklə də əsas ölçü meyarımız fəaliyyət göstərdiyimiz ölkələrin sayı yox, aktiv və sadiq müştəri bazası, onların alış-veriş tezliyi və aldıqları xidmətə verdikləri rəydir. Məhz bu yanaşma ilə biz Azərbaycanda da fəaliyyət göstəririk və artıq 2,5 milyon istifadəçi qazanmışıq. Bu da ölkə əhalisinin 20 faizindən çoxunu əhatə edir”, - deyə İrəm Çağrı Yılandil əlavə edib.

Azərbaycan, Mərkəzi və Şərqi Avropa, Almaniya və Körfəz regionunda da genişlənən “Trendyol”un hazırda 250 mindən çox satıcı vasitəsilə 40 milyondan çox müştəriyə xidmət göstərir. Platformada 40 milyondan artıq məhsul mövcuddur.

Trendyol üçüncü ildir ki, əsas tərəfdaş və e-ticarət tərəfdaşı kimi INMerge Sammitinə qoşulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri