Icma.az
close
up
RU
“Diplomatic World Sweden” Bakının Nobel mükafatına verdiyi töhfəyə həsr olunan məqalə dərc edib

“Diplomatic World Sweden” Bakının Nobel mükafatına verdiyi töhfəyə həsr olunan məqalə dərc edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Stokholm, 30 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün nəzərdə tutulmuş “Diplomatic World Sweden” saytında Bakının Nobel mükafatına töhfəsindən bəhs edən məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Bakının Nobel mükafatına töhfəsi – haqqında danışılmağa layiq unudulmuş tarix” adlı yazıda Nobel mükafatının əsasını təşkil edən kapitalın təqribən üçdəbirinin yalnız Alfred Nobelin dinamitdən əldə etdiyi gəlirlərdən deyil, həm də onun ailəsinin Azərbaycandakı neft gəlirlərindən formalaşdığı qeyd olunub.

Müəllif xatırladır ki, 1870-ci illərdə Robert Nobel odun almaq üçün Bakıya gəlsə də, nəticədə neft biznesinə sərmayə qoyub. Qardaşları ilə birlikdə o, “Branobel” şirkətini yaradaraq dünyanın ilk iri neft şirkətlərindən birini qurub. XX əsrin əvvəllərində dünyanın neft hasilatının yarısı Bakının payına düşürdü və Nobel qardaşlarının şirkəti Avropada energetikanın, işıqlandırmanın və istilik təchizatının inkişafında mühüm rol oynayırdı. Bununla yanaşı, şirkətin fəaliyyəti böyük ekoloji çirklənməyə səbəb olmuş, həmin ərazi isə “Qara şəhər” adını almışdı. “Branobel” səhmlərindən əldə olunan gəlirin bir hissəsi sonradan Nobel mükafatının maliyyələşdirilməsinə yönəldilib.

Məqalədə, həmçinin vurğulanır ki, sovet dövründə bu tarixi səhifə demək olar unudulmuş, Nobel ailəsinin iqamətgahı olan “Villa Petrolea” isə baxımsız vəziyyətə düşmüşdü. Yalnız Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Nobel tarixinin “neftli” səhifəsi yenidən diqqət mərkəzinə gətirilib. Hazırda “Villa Petrolea” İsveç və Norveç sərhədlərindən kənarda Nobel ailəsinə həsr olunmuş yeganə muzeydir.

Yazıda qeyd olunur ki, İsveç yazıçısı Benqt Yanqfeldt “İmmanuil Nobel və oğulları” kitabında Bakının Nobel mükafatı tarixindəki rolunu işıqlandırıb, “Nobel qardaşları” (StoryFire) adlı sənədli serial isə bu mövzunu geniş auditoriyaya çatdırıb. Bununla belə, Bakıya aid bu səhifə Nobel mükafatı ilə bağlı rəsmi sərgilərdə çox vaxt yer almır.

Müəllif hesab edir ki, bu tarixi faktın Nobel tədbirlərində önə çıxarılması və Bakının Nobel irsi fondunun yubiley mərasimlərinə dəvət olunması vacibdir.

“Məhz bu, mükafatın mənşəyi barədə daha dolğun və ədalətli təsəvvür yaratmağa, onun nüfuzunun böyük dərəcədə Azərbaycanın tarixi və torpağı ilə bağlı olduğunu qəbul etməyə imkan verərdi”, – deyə məqalədə vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri