Fizika İnstitutu və Pakistanın NED Mühəndislik və Texnologiya Universiteti arasında memorandum imzalanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 may, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Pakistan İslam Respublikasının NED Mühəndislik və Texnologiya Universitetinin nümayəndə heyəti qonaq olub. Qonaqlar arasında universitetin prorektoru Məhəmməd Tufail və Böyük Verilənlər və Bulud Hesablama Milli Mərkəzinin direktoru Məhəmməd Əli İsmayıl yer alıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş direktor akademik Arif Həşimov qonaqlara institutun elmi-tədqiqat fəaliyyəti və layihələri barədə ətraflı məlumat verib.
Görüş çərçivəsində Fizika İnstitutu ilə NED Mühəndislik və Texnologiya Universiteti arasında niyyət memorandumu imzalanıb. Sənədi akademik Arif Həşimov və prorektor Məhəmməd Tufail imzalayıblar.
Memorandum elm və təhsil sahəsində inteqrasiyanın gücləndirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsini nəzərdə tutur.
Tərəflər arasında gələcək əməkdaşlıq imkanları, o cümlədən birgə layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 01 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















