Icma.az
close
up
RU
Fizikanın düzgün tədrisində məzmun yenilənməsi vacib şərtdir

Fizikanın düzgün tədrisində məzmun yenilənməsi vacib şərtdir

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Təbiət qanunlarının öyrədilməsi üçün əsas fənlərdən olan fizika şagirdlərin məntiqi düşünmə, problemləri analiz etmə və elmi araşdırma bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Müasir təhsil sistemində fizikanın tədrisi yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmır; məqsəd şagirdlərdə real həyatda baş verən fiziki prosesləri anlamaq, elmi düşüncə tərzinə yiyələnmək və araşdırma mədəniyyətini inkişaf etdirməkdir.

Təhsil İnstitutunun Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Sevda Tanrıverdinin sözlərinə görə, dövrümüzdə elm və texnologiya xüsusi rol oynayır. Hazırkı inkişaf prosesində fizika elminin rolu əvəzolunmazdır. Fizikanın aktual problemləri fizika elminin əsas mövzularından biridir. Fizikanın aktual problemləri dedikdə iqlim dəyişikliyi, süni intellekt, kosmik tədqiqatlar, enerji böhranı və s. nəzərdə tutulur: "Fizikanın aktual problemləri mövzusu şagirdlərdə elmi dünyagörüş, tənqidi düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün tədris olunur. Bu mövzunu şagirdlərə tədris etmək üçün müasir təlim metodlarından istifadə edilə bilər. Həmin müasir təlim metodlarına problem əsaslı öyrənmə, layihə əsaslı öyrənmə və sairi misal göstərmək olar. Mövzunu tədris etmək üçün şagirdlərə qruplarla iş, müzakirə, debat kimi iş üsullarından istifadə edə bilərik. Fizikanın aktual problemlərini şagirdlərə tədris etmək üçün fənlər arası inteqrasiya, təbiətlə inteqrasiyadan da istifadə etmək mümkündür. Bu mövzunu şagirdlər tərəfindən daha sadə şəkildə başa düşülməsinə şərait yaradır. Fizikanın aktual problemləri mövzusunu laboratoriyada da tətbiq etmək olar. Bu şəkildə şagirdlər mövzunu praktiki şəkildə mənimsəmiş olacaqlar. Enerji daşınması, enerji çevrilmələri, maqnit cəzbolunması və s. məsələləri laboratoriyada tətbiq zamanı daha yaxşı mənimsətmək mümkündür. Fizikanın aktual problemləri mövzusu həm nəzəri, həm praktiki cəhətdən şagirdlərə düzgün aşılanmalıdır. Şagirdlər bu mövzu haqqında qazandıqları bilik və  bacarıqları real həyatda tətbiq edə bilməlidirlər. Bu məqalədə fizikanın aktual problemlərinin müəyyənləşdirilməsi, şagirdlərə tədrisi sadə şəkildə izah etmək üçün hansı üsul və vasitələrdən istifadə olunması, effektiv öyrənmə metodlarının tətbiq edilməsinə geniş yer verilib".

O deyir ki, XXI əsr dünyada elmi, texnoloji və sosial sahələrdə misilsiz dərəcədə sürətli dəyişikliklərin baş verdiyi bir dövr kimi qiymətləndirilir. Bu dəyişikliklər qlobal proseslərin daha da dərinləşməsinə, ölkələr arasında qarşılıqlı asılılığın artmasına və yeni inkişaf istiqamətlərinin formalaşmasına səbəb olmuşdur. Qloballaşma artıq müasir dünyanın qaçılmaz reallığı kimi qəbul edilir və bütün dövlətlərin bu prosesə uyğunlaşmasını zəruri edir: "Gənclərin tələblərə uyğun şəkildə formalaşdırılması və inkişaf etdirilməsi ən vacib amillərdəndir. Həmin inkişaf mərhələsi dövrümüzün ən aktual məsələlərindən biri hesab edilir. Qloballaşma dövrü gənclərin beynəlxalq əlaqələrə uyğunlaşması, fərqli mədəniyyətlərlə yaxından tanış olması və qlobal məsələlərə hazırlıqlı olmalarını sövq edir. Bu cür yanaşma şagirdlərin gələcək yönümlü baxımdan daha məqsədyönlü və uğurlu olmaları üçün şərait yaradır. Belə səbəblərə əsaslanaraq demək olar ki, fizika fənninin orta və ali məktəb proqramlarında tədrisi məqsədəuyğun şəkildə təşkil olunmalıdır. Hazırda inkişaf edən dünyamızda elm və texnologiyanında sürətli şəkildə inkişaf etməsi fizika elminə olan marağı daha da artırdı. Şagirdlərə fənni tədris edərkən müasir təlim metodlarından və interaktiv təlim metodlarında istifadə etmək lazımdır. Mövcud olan təhsil proqramlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi ən zəruri amillərdən biridir. Müasir interaktiv təlim metodlarının, qiymətləndirmə meyarlarının təyin edilməsi, resursları yenidən tənzim edilməsi, şagirdlərin fizika sahəsindəki biliklərini möhkəmləndirir və dərinləşdirir. İnteraktiv təlim metodları və praktiki fəaliyyətlər təhsilalanların elmi fəaliyyətini inkişaf etdirir və qloballaşan dünya problemləri ilə bağlı tətbiqetmə imkanını yaradacaqdır. Fizika elminin inkişafı müasir təlim metodlarının və texnologiyanın tətbini təmin edir. Bu da yeni təlim metodlarının və yeni texnologiya platformalarından istifadə etməyə sövq edir. Dünyanın qabaqcıl ölkələrində texnologiyanın tam olaraq inkişaf etməsinə baxmayaraq, fiziki biliklərini də inkişaf etdirmək üçün xüsusi yollar axtarışındadırlar. Müasir təlim metodlarına malik təhsil sistemi tətbiq etmək və elmi-pedaqoji potensiala malik müəllimlərin hazırlığını da həmin istiqamətdə inkişaf etdirmək ən vacib amillərdən biridir. Təhsil sitemində təhsilverənlərin müasir təlim metodlarına uyğun olaraq hazırlanması, yeni təlim metodlarının və innovativ yanaşmaların tətbiqi təhsil keyfiyyətlərinin formalaşması üçün ən vacib amillərdən biridir. Bununla yanaşı olaraq, müasir maddi texniki baza fizika təhsilinin səmərəliliyini artırır və laboratoriya işlərinin keyfiyyətini inkişaf etdirir. Fizika elminin aktual problerindən biri də, tərtib olunmuş proqramların icrasını təmin etmək üçün nəzərdə tutulmuş elmi-pedaqoji və sosial-iqtisadi tədbirlər kompleksinin kifayət etməməsidir. Problemlərdən biri də fizikanın cəmiyyət tərəfindən çətin və anlaşılması mürəkkəb bir fənn kimi qəbul edilməsidir. Fizika elminə dair mücərrəd anlayışlar və hadisələr, mürəkkəb riyazi ifadələrdən istifadə edilməklə, şərh olunan fiziki anlayışlar təhsilalanların diqqətini cəlb etməkdə problem yaradır".

Sevda Tanrıverdinin dediyinə görə, fizikanın aktual problemləri müvafiq şəkildə qruplaşdırıla bilər: "Fizika fənninin müasir əhəmiyyətinin təhsilalanlara çatdırılması, fizika elminin müasir nailiyyətləri, yaradıcı və analitik düşüncə bacarıqlarını inkişaf etdirən biliklərin gənclərə aşılanması. Fizika təliminin planlaşdırılması və təşkil olunması, fizika dərslərinin məqsədyönlü şəkildə planlaşdırılması, məzmun və strukturun düzgün qurulması, tələbələrin analitik düşünmə və problem həll etmə bacarıqlarının müasir tələblərə uyğun inkişaf etdirilməsi. Fizikanın düzgün tədrisində təlim məzmununun yenilənməsi də vacib şərtdir. Onun məzmunu müasir tələblərə cavab verməli, həm nəzəri bilikləri, həm də praktiki bacarıqları formalaşdırmalıdır. Təlim texnologiyalarının təkmilləşdirilməsi, innovativ təlim metod və resurslarının tətbiqi təhsilalanların təlimə marağını artırır və öyrənmə prosesinin səmərəliliyini yüksəldir. Fizika təlimində istifadə olunan texniki vasitələr və eksperimental metodlar təhsilalanlarda həm elmi təfəkkürü, həm də praktiki bacarıqları inkişaf etdirir. Təhsilverənlərin elmi-pedaqoji fəaliyyətinin inkişaf etdirilməsi vacibdir. Müəllimlərin peşəkar hazırlığının gücləndirilməsi və müasir təlim metodlarının tətbiqi fizika təliminin keyfiyyətini yüksəldir. Qiymətləndirmə üsul və vasitələrinin təkmilləşdirilməsi mütləqdir. Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi onların yalnız nəzəri deyil, həm də tətbiqi və praktiki bacarıqlarını əhatə etməlidir. Fizikanın aktual problemləri mövzusunu şagirdlərə tədrisi necə asanlaşdıra bilərik? Hazırda "fizikanın aktual problemləri" mövzusu orta məktəb şagirdləri üçün həm maraqlı, həm də çətin ola bilər. Bu mövzunu şagirdlər tərəfindən asan qavranılması üçün müəyyən metod və yanaşmalardan istifadə etmək lazımdır. Fizikanın aktual problemləri, iqlim dəyişikliyi, nüvə enerjisi, süni intellekt, kosmik tədqiqatlar və kvant texnologiyaları kimi mövzuları gündəlik həyatla əlaqələndirərək izah etmək lazımdır. Nümunə olaraq belə göstərmək olar ki, hal-hazırda baş verən qlobal istiləşmənin qarşısını almaq üçün fiziki biliklərimizdən necə istifadə edə bilərik? İlk olaraq şagirdlərə qlobal istiləşmə izah edilməlidir. Bu, yer kürəsinin orta temperaturunun insan fəaliyyəti nəticəsində artmasıdır. Dünyada qlobal istiləşmə yaradan əsas səbəblər karbon qazı, metan və sair".

Onun söylədiyinə görə, fizikada təcrübələr şagirdin marağını artırır və nəzəri biliklərin gerçəkliyini təsdiq edir. Sadə laboratoriya işləri - hərəkət qanunları, optika, elektrik dövrələri - fiziki proseslərin daha yaxşı qavranmasına kömək edir. Fizikada təcrübələr şagirdin marağını artırır və nəzəri biliklərin gerçəkliyini təsdiq edir. Sadə laboratoriya işləri - hərəkət qanunları, optika, elektrik dövrələri - fiziki proseslərin daha yaxşı qavranmasına kömək edir.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri