Icma.az
close
up
RU
Analitik İnformasiya Portalı fəaliyyətinin bir yaşı tamam olur

Analitik İnformasiya Portalı fəaliyyətinin bir yaşı tamam olur

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci noyabrın birində təsis olunan portal qısa müddət ərzində özünəməxsus analitik üslubu, obyektiv informasiya təqdimatı və müasir media prinsiplərinə sadiqliyi ilə seçilən portal, informasiya məkanında mühüm yer qazanmağa nail olub.

Crossmedia.az yarandığı gündən etibarən obyektiv və qərəzsiz olmağa çalışıb. Dövlət və dövlətçiliklə bağlı məsələləri, o cümlədən Prezident İlham Əliyevin səfər, görüş və çıxışlarını işıqlandırmağı prioritet olaraq müəyyənləşdirib. Bu baxımdan portaldakı "Prezident gündəliyi" bölməsi xüsusi qeyd edilməlidir.

Analitik- informasiya portalı öz fəaliyyətində təhlili materialların dərcinə xüsusi yür verir. Crossmedia təhlil mərkəzinin üzvləri müntəzəm olaraq cəmiyyəti maraqlandıran mövzularla bağlı araşdırma və təhlillərlə çıxış edirlər. 

Crossmedia.az kollektivi həm də orijinallığını qorumağa çalışır. Analitik- informasiya portallarındakı fərqli rubrikaları, o cümlədən "Yüksəliş" müsabiqəsinin qalibləri ilə müsahibələri ehtiva edən ""Yüksəliş" hekayəsi", Azərbay milli mətbuatının 150 illiyinə həsr olunmuş "Mətbuat-150", İkinci Qarabağ müharibəsinin beş illiyi ilə bağlı "Vətən müharibəsi-5", həmçinin "Dünya iqtisadiyyatı və Azərbaycan", "Doktor danışır" layihələri bu baxımdan səciyyəvidir.

Crossmedia.az sosial mediada da fəaldır. Portal ayrı- ayrı sosial media platformalarında fərqli kontentlərlə çıxış edir.

 Crossmedia.az həm analitik yazıların dərinliyi, həm də gündəlik xəbərlərin operativliyi ilə fərqlənir. Saytın əsas məqsədi cəmiyyət üçün düzgün, dəqiq və düşünülmüş informasiya axını yaratmaq, oxuculara təhlil və fikir mübadiləsi üçün platforma təqdim etməkdir.

Crossmedia.az, həmçinin Milli Məclisin deputatları, ictimai xadimlər və ekspertlərlə mütəmadi əməkdaşlıq quraraq, informasiya ilə yanaşı, fikirlərin toqquşduğu və həqiqətin önə çıxdığı bir analitik meydan formalaşdırıb.

Crossmedia.az-nın özəlliklərindən biri də gənc jurnalist nəslinin yetişməsinə töhfə verməsidir. Bu baxımdan Crossmedia.az iki könüllülük proqramı keçirib. Həmin proqramı bitirənlər arasında bu gün həm komandamızda, həm də digər media subyektlərində çalışanlar var. Hazırda üçüncü proqram davam edir.

Bir yaşlı portal bu gün artıq etibarlı informasiya mənbəyi, analitik düşüncə mərkəzi və ictimai rəyin formalaşmasında önəmli iştirakçı kimi tanınır. Yeni yaşına qədəm qoyan Crossmedia.az-ın redaktoru Kənan Novruzov bir yaşları ilə  Moderator.az-a danışıb: "Mən Crossmedia.az komandasına bir qədər gec qoşulmuşam. Portal təsis ediləndən  iki- üç ay sonra mənə təklif gəldi. İlk redaktorluq təcrübəm olacağına baxmayaraq, tərəddüd etmədim. Çünki hara gələcəyimi, kimlərlə işləyəcəyimi bilirdim. Crossmedia.az bu gün həm də gündəm yaradır. Biz bunu hiss edirik. Ayrı - ayrı ictimai- siyasi xadimlər, o cümlədən Milli Məclisin deputatları müntəzəm olaraq Crossmedia.az- da çıxış edirlər. Bir neçə dəfə parlamentarilərdən eşitmişəm ki, onlar portalımızda dərc olunan müsahibələrinin, açıqlamalarının linklərini özlərinin "Watsapp" qrupuna da göndərirlər".

Redaktor uğurlarının sirrindən də danışıb: "Heç bir layihə əziyyətsiz başa gəlmir. Mən Crossmedia.az-ın- bir yaşlı körpənin aybaay necə böyüməsinin şahidiyəm. İnanın, bu, asan başa gəlməyib. Bizim iş saatımız yoxdur. "Watsapp" qrupumuz daim "qaynayır". Hətta gecə saatlarında da. Bəzən gecənin bir yarısı ya qrupa, ya baş baş redaktorumuza, ya da əməkdaşlarımıza yazıram, nə isə soruşuram. Kimsə təəccüblənmir. Deyəsən, artıq buna öyrəşmişik. Məsələn, elə bir neçə gün əvvəl gecə ikinin yarısında bir əməkdaşımıza yazıb soruşdum ki, araşdırman nə yerdədir. Səhər də soruşa bilərdim. Amma gecə o sualıma cavab tapmasa idim, bəlkə də, yata bilməzdim".

Redaktor portalın özəlliklərindən də danışıb: "Ən böyük amalımız dövlət və dövlətçiliyə xidmət etməkdir. Bizim üçün bu, ən ümdə vəzifədir. Odur ki, dövlət başçısı İlham Əliyevin fəaliyətinin, o cümlədən səfərlərinin, çıxışlarının işıqlandırılmasına xüsusi həssaslıqla yanaşırıq. Bu mənada deyə bilərəm ki, Crossmedia.az-ın hər bir üzvü dövlət və dövlətçiyə xidmət edir. İkinci bir tərəfdən, bizim analitik mərkəzimiz var. O mərkəzin üzvləri arasında tanınan adamlar, o cümlədən alimlər, xaricdə təhsil almış şəxslər var. Onlar Crossmedia.az- da müntəzəm olaraq gündəmə uyğun araşdırma və təhlillər yazırlar".

K. Novruzov  kollektivdəki mühitdən də danışıb: "Baş redaktorumuz peşəkardır. Təkcə jurnalist kimi yox, həm də rəhbər kimi. Kollektivi idarə etməyi yaxşı bacarır. Mən xarakter etibari ilə bir az səbrsizəm, necə deyərlər, tez özümdən çıxa bilərəm. Düzdür, əməkdaşlarımız buna da öyrəşiblər. Ancaq Mübariz Göyüşlü daha təmkinlidir. Bəzən təklikdə mənə də yol göstərir (gülümsəyir). Ümumiyyətlə, biz bir - birimizi yaxşı anlayırıq. Bu, kollektiv üçün çox vacibdir. Əslində bu vəzifələr özü də simvolikdir. Mən baş redaktorumuzun yol gedərkən telefonla adminə yazı yerləşdirdiyini görmüşəm. Bunu neçə baş redaktor edir? Crossmedia.az-ın çox möhtəşəm kollektivi var. Mən həmkarlarıma, oxucularımıza, bizimlə əməkdaşlıq edən ictimai- siyasi adamlara təşəkkür edirəm. Gələn il, yəni bir il sonra, iki yaşında Crossmedia.az tamam fərqli mövqedə olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Noyabr 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri