Icma.az
close
up
RU
Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar

Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Futbol sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə AFFA tərəfindən təşkil edilən maarifləndirici vebinarlar davam edir.

Futbolpress.az xəbər verir ki, vebinarlar seriyası çərçivəsində “Fiziki performansın testlər vasitəsilə müəyyən edilməsi” mövzusunda növbəti onlayn təlim keçirilib. Onlayn təlimdə 40-a yaxın fiziki hazırlıq üzrə məşqçi, fiziki tərbiyə müəllimi və akademiya nümayəndəsi iştirak edib.

AFFA-nın Futbolun İnkişafı Departamentinin fiziki hazırlıq üzrə eksperti Turcay Əhmədov tərəfindən keçirilən vebinarda fiziki performans testlərinin məqsədi, testlərin düzgün seçilməsi və tətbiqi, eləcə də nəticələrin məşq prosesində istifadəsi barədə məlumat verilib.

Seminar zamanı sürət, dözümlülük, partlayıcı güc, çeviklik, koordinasiya və antropometrik göstəricilərin qiymətləndirilməsi üçün istifadə olunan testlər təqdim edilib. Müxtəlif yaş qruplarına uyğun testlərin seçilməsi, ölçmələrin vahid protokollar əsasında aparılması, nəticələrin etibarlılığı və doğruluğu mövzularına xüsusi diqqət yetirilib.

Bildirilib ki, testlər futbolçunun yaşına və fiziki inkişaf mərhələsinə uyğun seçilməli, əldə olunan nəticələr isə yalnız məlumatların toplanması üçün deyil, oyunçuların inkişafının izlənilməsi və məşq proqramlarının təkmilləşdirilməsi məqsədilə istifadə edilməlidir.

İnteraktiv formatda təşkil olunan vebinarda iştirakçılar müxtəlif praktik situasiyaları müzakirə edib, yaş qrupları üzrə uyğun testlərin seçilməsi ilə bağlı tapşırıqları yerinə yetiriblər. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

AFFA məşqçilər və akademiya rəhbərləri üçün yeni öyrənmə və bilik mübadiləsi imkanları yaratmağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 İyul 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri