Fiziki qüsurlu uşaqların fotolarından istifadə edib pul yığırmış Foto
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Acınacaqlı hekayələrlə sosial şəbəkələrdə insanları manipulyasiya edib pul toplayan şəxs saxlanılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatlı DİN rəsmisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, 23 yaşlı şəxs fiziki qüsurlu uşaqların fotolarından istifadə edərək onları öz övladı kimi təqdim edərək pul yığıb:
“Babək Rayon Polis Şöbəsi tərəfindən keçirilən tədbirlərlə bu əməllərlə məşğul olan 23 yaşlı Elməddin Babayev saxlanılıb. O, qadın adları ilə saxta profillər yaradaraq sosial şəbəkələrdə başqa-başqa şəxsləri aldadaraq pul vəsaitlərini ələ keçirib.
Xatırladırıq ki, sosial şəbəkədəki hər profil real insan deyil, hisslərinizə oynayan hər kömək istəyi gerçək deyil.
Mərhəmət manipulyasiyaya çevrildikdə, bu artıq dələduzluqdur”.
Gülşən Rəsul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 13 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















