Futbolçularım meydanda vuruşdular Füzuli Məmmədov
Icma.az, Fanat portalına istinadən məlumat verir.
“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 29-cu turunda “Sabah”ın qonağı olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib. Məmmədov 0:2 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
"Bilirdik ki, çətin oyun olacaq. "Sabah" çox güclü komandadır. Turnir cədvəli bunu göstərir. Oyuna çox diqqətli hazırlaşmışdıq. Çalışırdıq ki, ən azı məğlub olmayaq. Qırmızı vərəqə oyuna çox təsir etdi. "Sabah" kimi komandaya qarşı 11 nəfərlə də oynamaq çətindir. 10 nəfər qaldıqdan sonra boşluqlar verməyə başladıq. Həm müdafiə xəttinin, həm də qapıçımızın yaxşı oyunu sayəsində birinci hissə bərabərliklə yekunlaşdı. İkinci yarıda artıq səhvlər özünü göstərdi. Nəticədə qol buraxdıq. Futbolçularım meydanda vuruşdular. Onlara təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq. Çempionat hələ davam edir. Sona qədər mübarizə aparacağıq."
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Aprel 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















