Flightradar24 dən GPS siqnalı açıqlaması: “Faktlar yalanlardan yaxşıdır”
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Von der Leyenin təyyarəsinin GPS siqnalı "yaxşı" olub.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin təyyarəsinin GPS siqnallarına müdaxilə edildiyi iddiaları ilə bağlı Flightradar24 platforması açıqlama yayıb.
ABŞ-da yerləşən "X" sosial media platformasında edilən paylaşımda, Flightradar24 von der Leyenin dünənki uçuşuna dair məlumatları təqdim edib. Bildirilib ki, təyyarənin GPS siqnalında problem müşahidə olunmayıb və siqnal keyfiyyəti uçuş boyu “yaxşı” olub.
İddialara görə, uçuşun müddəti 1 saat 48 dəqiqə planlaşdırılsa da, 9 dəqiqə gecikmə ilə başa çatıb. Bununla belə, yer radarı tərəfindən aparılan ölçümlər GPS siqnalında hər hansı ciddi pozuntu olmadığını göstərib.
Digər tərəfdən Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) prezidenti Kirill Dmitriev sözügedən yazını sitat gətirərək bildirib:
"Faktlar yalan fikirlərdən daha üstündür".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 02 Sentyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















