Flik “Barselona” rəhbərliyindən mübarizəni davam etdirməyi istəyib
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İspaniyanın “Barselona” futbol klubu Xulian Alvaresin transferi ilə bağlı ümidini hələ də itirməyib.
İdman.Biz xəbər verir ki, Hansi Flik klub rəhbərliyindən “Atletiko Madrid”in argentinalı hücumçusu üçün danışıqları davam etdirməyi istəyib. Almaniyalı mütəxəssis 26 yaşlı futbolçunu hücum xəttini tamamlamaq üçün prioritet seçimlərdən biri hesab edir.
Kataloniya təmsilçisi Alvaresi Lamin Yamal və Rafinya ilə birlikdə hücum üçlüyünün əsas parçalarından biri kimi görür. “Barselona”nın daha əvvəl futbolçu üçün yüksək məbləğli təklif irəli sürdüyü, lakin Madrid klubunun bunu qəbul etmədiyi bildirilir.
“Atletiko” isə Alvaresin La Liqadakı birbaşa rəqibə satışına isti yanaşmır. Futbolçunun müqaviləsində İspaniya klubları üçün 500 milyon avroluq sərbəst qalma məbləğinin olduğu qeyd edilir. Madrid təmsilçisinin mövqeyi hazırda sərtdir və daha aşağı məbləğlə razılaşmaq niyyətində olmadığı bildirilir.
Bununla belə, “Barselona” hücumçunun öz istəyinin danışıqların istiqamətini dəyişə biləcəyinə ümid edir.
Alvares isə komanda yoldaşları qarşısında səhvini etiraf edib. Futbolçu son dövrdə gələcəyi ilə bağlı yaranmış vəziyyəti düzgün idarə etmədiyini qəbullanıb.
Məlumata görə, avqustun üçüncü həftəsində “Atletiko”nun baş direktoru Migel Anxel Xil Marin futbolçu ilə onun gələcəyini müzakirə etməlidir. Alvares klub rəhbərliyinin mövqeyini yumşalda bilsə, “Barselona” transfer pəncərəsi bağlanmamış yeni təklif göndərməyə hazırlaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 14 Avqust 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















