Flik Qabriel Jezusun “Valensiya” ilə matçda debüt edə biləcəyini açıqlayıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yeni transfer olunan futbolçu Qabriel Jezusun La Liqanın dördüncü turunda “Valensiya” ilə matçda debüt edə biləcəyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Flik “Mundo Deportivo”ya açıqlamasında Qabriel Jezusun hələ meydana çıxmağa tam hazır olmadığını bildirib.
“Qabriel hələ 100 faiz hazır deyil, lakin artıq bir neçə dəqiqə oynaya bilər. İkinci yarıda meydana çıxmaq ehtimalı var. Onun gəldiyi vəziyyət və ondan gördüklərim mənim çox xoşuma gəldi. Hətta 100 faiz hazır olmadan da o, artıq meydana çıxmağa qadirdir. Oyunun necə gedəcəyindən asılı olaraq, bu, matçın ikinci yarısı üçün variantlardan biridir”, – deyə baş məşqçi açıqlamasında deyib.
Qeyd edək ki, Kataloniya klubu braziliyalı hücumçunu “Arsenal”dan transfer edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Sentyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















