Flik: “Turnir cədvəlinə baxmıram”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Barselona” futbol klubunun baş məşqçisi Hans-Diter Flik komandasının İspaniya çempionatında lider olmasına baxmayaraq, turnir cədvəlinə diqqət yetirmədiyini deyib.
İdman.Biz xəbər verir ki, 61 yaşlı mütəxəssisin fikirlərini İspaniya KİV-i dərc edib.
“Turnir cədvəlinə baxmıram. Oyundan-oyuna irəliləməli və hər matçda qalib gəlməliyik. Artıq növbəti oyunu düşünürəm”, – Flik bildirib.
Qeyd edək ki, İspaniya La Liqasının 4-cü turunda “Barselona” səfərdə “Valensiya”nı 5:0 hesabı ilə darmadağın edib. Bu qələbədən sonra Flkin komandası 12 xalla turnir cədvəlinə başçılıq edir. “Barselona” mövsümün ilk dörd turunda 17 qol vurub və cəmi iki qol buraxıb.
“Barsa” növbəti oyununu UEFA Çempionlar Liqasında keçirəcək. Kataloniya klubu sentyabrın 10-da turnirin yeni mövsümündə ilk matçına çıxacaq və doğma meydanda Niderlandın “Feynord” komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 07 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















