Flora Kərimova: Aygün Bəylər övladını özü üçün dünyaya gətirdi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu dünyadan incimişdi. Əziyyət çəkirdi. Nə qədər göz yaşı tökdü. Onun ana olduğu vaxtlar mənim yadımdadır. O nələr çəkdi! Bir adam onun dərdini eşitmədi, görmədi. Heç kimdən də əl açıb kömək istəmədi. Ona sadəcə pul yox mənəvi dəstək də edilmədi".
BAKU.WS xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum Əməkdar artist Aygün Bəylərdən danışarkən deyib.
O Aygünün qızı Canananı dünyaya gətirməsindən danışıb.
Sənətçi xanəndənin qızını özündən sonra bir nişanə qoymaq üçün dünyaya gətirdiyini vurğulayıb:
"O övladını özü üçün dünyaya gətirdi. Bir dəfə bir onunla Gəncəyə gedirdik. Üzü, əli-ayağı şiş vəziyyətdə idi. Dedim Aygün belə olmaz axı! Sən bu uşağı dünyaya gətirəndə çətin olacaq. Mən genekoloqam bilirəm. Dedi ki Flora xanım övlad istəyirəm. Ölsəm də övladım olsun. Məndən nişan, bir can qalsın. Mənim mahnılarım onun varlığında yaşasın".
Ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Yanvar 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















