Icma.az
close
up
RU
® “Food City Agrocomplex” və Çinin iri meyvə bazarı Jiaxing Fruit Market arasında əməkdaşlıq memorandumu imzalanıb

® “Food City Agrocomplex” və Çinin iri meyvə bazarı Jiaxing Fruit Market arasında əməkdaşlıq memorandumu imzalanıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Azərbaycanın şimal bölgəsində yerləşən, “bir pəncərə” sistemi ilə idarə edilən çoxfunksiyalı logistik hab olan “Food City Agrocomplex” ilə Çinin iri meyvə bazarı “Jiaxing Fruit Market” arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.

Əməkdaşlığın əsas məqsədi tərəflərin qarşılıqlı tərəfdaş kimi tanınması, Azərbaycan məhsullarının, xüsusilə də yaş meyvə və tərəvəzlərin Çinə ixracının təşviqi, eyni zamanda, Çin məhsullarının Azərbaycan vasitəsilə Avropaya çıxışı üçün regional tranzit və multimodal daşıma imkanlarının yaradılmasıdır.

İmzalanan memorandum Azərbaycanın aqrar ixrac potensialının gücləndirilməsinə, məhsulların yeni bazarlara çıxışına, fermerlərin məhsullarının əlavə dəyər qazanmasına və ölkənin regional tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

“Food City Agrocomplex”in 11,71 hektarlıq infrastrukturu - soyuducu anbarlar, terminal sahələri, çeşidləmə və qablaşdırma avadanlıqları, həmçinin gündəlik 24 test və 400-dən artıq analiz imkanı olan laboratoriyası məhsulların beynəlxalq bazarlara çıxışında dəyər zəncirinin formalaşmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır. Kompleksin illik 750 min ton yükaşırma potensialı isə Azərbaycanın ixrac imkanlarını daha da genişləndirir.

Qeyd edək ki, “Jiaxing Fruit Market”in illik dövriyyəsi təxminən 10 milyard ABŞ dolları (17 milyard manat), illik məhsul satışı isə 4 milyon ton civarındadır. Yerli və beynəlxalq ticarət şirkətləri ilə istehsal mərkəzləri arasında mühüm mövqeyə malik olan şirkət həm daxili istehlak bazarında, həm də Avropa, Rusiya və digər Asiya ölkələrinə ixrac istiqamətində aparıcı oyunçulardan biridir.

“Food City Agrocomplex” bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik hab olaraq, Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz üzərindəki unikal coğrafi üstünlüyündən strateji şəkildə faydalanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yanaşı, mərkəz yalnız yerli məhsulların ixrac potensialının artırılmasına deyil, həm də regional tranzit və multimodal daşımaların səmərəli idarə olunmasına xidmət edən beynəlxalq əməkdaşlıq platformalarının qurulmasını hədəfləyir.

Bu məqsədlə “Food City Agrocomplex” BƏƏ, Özbəkistan və digər ölkələrin aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirərək strateji tərəfdaşlıq imkanlarını müzakirə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri