Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Qarındakı piyləri əritməyin sirri açıldı

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

U 17 millisi Gəncədə

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Formula 1 Bakıdan dünyaya açılan pəncərə

Formula 1 Bakıdan dünyaya açılan pəncərə

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avtomobil çempionatının 1-ci yarışı 1950-ci ildə keçirilib

Formula 1 dünyanın ən möhtəşəm idman növlərindəndir. Çempionat hər il keçirilir və Qran-Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarətdir. Yarışın keçirilmə tarixinə nəzər salsaq görərik ki, əslində, Formula 1 yarışlarının kökləri XX əsrə qədər uzanır. Belə ki, Avropada 1900-cü illərin əvvəllərindən başlayaraq avtomobil yarışları keçirilib. 1930-cu və 1940-cı illərdə isə bu yarışları vahid çempionatda təşkil etmək məqsədi daşıyan bir neçə görüş keçirilsə də, İkinci Dünya müharibəsinin başlaması bu planlara mane olub. Müharibə başa çatdıqdan sonra isə Beynəlxalq Avtomobil Federasiyası (FIA) bir sıra qaydalar toplusunu standartlaşdıraraq, sürücülər üçün çempionat keçirib.

Beləliklə, ilk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun şossesində baş tutub. Bununla yanaşı, bu idmanın yaranmasından bəri dünyanın hər yerindən olan sürücülər Fransa, İngiltərə və İspaniya kimi Avropa ölkələrində Qran-prilərdə yarışıblar. Çempionatda sürücülər dünya çempionu titulu, komandalar isə Mühəndislər Kuboku uğrunda mübarizə aparırlar.

1950-ci ildə keçirilən Formula1 mövsümü 113 gün davam edib və sentyabrın 3-də başa çatıb. Çempionatda 16 komanda iştirak edib, onlardan 5-i zavod və 11-i müstəqil olub. Müsabiqənin bir başqa texniki qayda üzrə keçirilməsinə baxmayaraq, Dünya kuboku çempionatına daxil olan altı Avropa Qran-Pri və bir “American Indianapolis 500” yarışından ibarət idi. Və yalnız Amerikanın komandaları, dizaynerlər, pilotlar iştirak edib.

Formula 1-də komandalar hər bir yarışa özlərinin hazırladığı şassi ilə çıxsalar da, hər bir komandanı iki sürücü təmsil edir, sürücü çempionatda iştirak etmək üçün Beynəlxalq Avtomobil Federasiyasından Super Lisenziya almalıdır.

2016-cı ildən etibarən davam edən yarışın şəhərimizə və ölkəmizə iqtisadi, sosial və mədəni əhəmiyyəti danılmazdır. Xəzər dənizinin sahilində yerləşən, Hermann Tilke tərəfindən hazırlanmış 6 kilometr uzunluğunda və 20 döngədən ibarət Bakı Şəhər Halqası həmişə yaddaqalan yarışlara ev sahibliyi etməklə populyar məkana çevrilib. Yarış treki şəhərin ən görməli yerlərindən keçirilir. Trek Bakının müasirliyini və qədimliyini, həmçinin Xəzərin əsrarəngiz gözəlliyini təqdim etmək üçün əla imkanlar açır. Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, Qız qalasını, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə bilirlər.

İqtisadi inkişafımız da məhz belə tədbirlərin Azərbaycanda keçirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə kifayət qədər idman yarışları da keçirilib ki, bu da dünyanın idman nəbzinin Bakıda döyünməsinə səbəb olub. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub və bu gün də belədir. Hər zaman gözlənilməz anlarla dolu olan Formula 1-in Azərbaycan Qran-Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib.

Milli Məclisin deputatı Azər Allahverənov XQ-yə mövzu ilə bağlı bildirib ki, şübhəsiz ki, Formula 1-in mühüm əhəmiyyəti var və istənilən dövlətin “vizit kartı”na çevriləcək yarışdır. Bu, həqiqətən də ümüdünya mahiyyətli tədbirdir. Uzun illərdir ki, Bakıda keçirilir və həmin vaxt dünyanın diqqəti paytaxtımıza yönəlir. Sırf bu nöqteyi-nəzərdən yarışın ölkəmizdə keçirilməsi və bir daha tanıdılması baxımından vacibdir. 1950-ci ilin mayın 13-dən etibarən keçirilən yarışlara ev sahibliyi etmək uğrunda rəqabət bu gün də var. İqtisadi cəhətdən güclü dövlətlər də bu işdə maraqlıdırlar və çalışırlar ki, yarışlar məhz onların ölkələrində keçirilsin. Bir neçə parametrinə görə, bu yarış olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, burada ölkənin imici olduqca vacib məqamdır. Bu tip yarışlara ev sahibliyi etmək istəyən dövlətlər o qədər özlərinə əmin və təşkilatçılığı yüksək səviyyədə həyata keçirmək iqtidarında olmalıdırlar ki, belə bir əhəmiyyətli tədbiri qarşılaya bilsin. Azərbaycanın da beynəlxalq yarışları keçirmək üçün böyük təcrübəsi var. Birinci Avropa, İslam Həmrəylik Oyunları və digər beynəlxalq səviyyəli yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın təşkilatçılıq baxımından yüksək səviyyədə olmasından xəbər verir.

Yarışlar həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Formula 1 də məhz böyük bir həcmdə gəlir gətirən yarışlardandır. İqtisadi cəhətdən deyəndə, bura çoxsaylı turist və küllü miqdarda kapital axınının Azərbaycana daxil olması həm də maliyyə bazarında dayanıqlılıq baxımından da olduqca vacibdir. Texnoloji baxımdan da yeniliklərin şahid oluruq. Bu tip yarışların keçirilməsi istər-istəməz turizm sektorunun və sənayesinin birbaşa olaraq inkişafına təsir edir. Və burada infrastrukturun qurulması, mehmanxana şəbəkəsinin təşkili, sonra bir qısa bir müddət ərzində on minlərlə turistə xidmətlərin göstərilməsi baxımından restoran şəbəkəsi və iaşə müəssisələrinin bir çevik bir mexanizm formatında işləməsini mütləqdir. Azərbaycanda ildən-ilə təkmilləşməkdə olan bu tip təşkilati işlər, xüsusilə də idman yarışlarının təşkili və digər dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi olduqca vacibdir. Və bu təkmilləşmə işləri yarışlar keçirildikdən sonra verilən müsahibələrdə, şərhlərdə, bildirilən rəylərdə hər zaman yüksək səviyyədə vurğulanır. Bu da təbii ki, bütövlükdə dövlətimizin, xalqımızın əldə etdiyi çox vacib uğurlardandır.

24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək Azərbaycan Qran-Prisi təqvimin ən həyəcanverici şəhər treklərindən biri kimi növbəti dəfə bütün dünyanın diqqət mərkəzində olacaq. Bu möhtəşəm yarış yüksək sürət və gərgin mübarizəsi ilə seçiləcək. Şəhərin tarixi memarlığı ilə müasir infrastrukturunu birləşdirən unikal ab-havası dünyanın ən güclü pilotlarını, elit komandaları və on minlərlə beynəlxalq qonağın diqqətini cəlb edəcək. Komandalar dünya üzrə 800 milyondan çox Formula 1 azarkeşi üçün performans sərgiləyərək Bakının mərkəzində unudulmaz yarış təcrübəsi təqdim edəcəklər.

Bir faktı da qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb. Cəmi 72 saat ərzində 49000 müraciətin daxil olması Azərbaycan Qran-Prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. Bu rəqəm müqayisə üçün 2024-cü ildə 16000, ötən il isə 31000 təşkil edib. Ən önəmlisi isə bu yarışlar gənclərimiz üçün böyük bir örnəkdir. Azərbaycan gənci bu yarışlara baxaraq öz Vətəninin dünyada söz sahibi, hər sahədə uğur qazanmaq gücünə malik olduğuna inanır.

Formula 1 təkcə sürət və mübarizə simvolu deyil, həm də Azərbaycan dövlətinin əzmini, iradəsini və qalibiyyət ruhunu təcəssüm etdirir. Sözsüz ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 Avropa Qran-Prisinin paytaxtımızda keçirilməsi ölkəmizin həm də beynəlxalq idman ictimaiyyətində qazandığı uğurun və nüfuzun göstəricisidir.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 May 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see266

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see259

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see257

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see247

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see242

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see242

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see221

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see219

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see216

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see216

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see215

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see208

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see206

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see204

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see204

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see203

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see193

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri