Icma.az
close
up
RU
Formula 1 ə görə tıxac və digər problemlərin həllini gözdən qaçırmaq olmaz Fazil Mustafa

Formula 1 ə görə tıxac və digər problemlərin həllini gözdən qaçırmaq olmaz Fazil Mustafa

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bildiyimiz kimi, sentyabrın 19-21-də Bakıda Formula 1  yarışları keçiriləcək. 

Qeyd edək ki, bu idman yarışı paytaxtın mərkəzində keçirildiyi üçün yarışın başlamasından həftələr öncə hazırlıqlar başlayır və daha sonra yollar tamamilə bağlandığı üçün şəhər sakinləri həm ictimai nəqliyyat problemi yaşayırlar, həm də sürücülər alternativ yollarda böyük tıxaclarla üzləşirlər. Bu da təbii ki, insanların vaxtında işə gedib-gəlməsində və digər vacib məsələlərdə çətinlik çəkmələrinə səbəb olur. Eyni zamanda Bayıl, Bibiheybət qəsəbələrində, "20-ci sahə" kimi yerlərdə yaşayan və işləyənlər bir neçə marşrut dəyişməli olurlar və ya "manatlıq" taksilərdən istifadə etməyə məcbur olurlar ki, bu da onların əlavə xərcə düşməsinə gətitib çıxarır. Bundan başqa Formula 1-in keçirildiyi ərazidəki bütün məktəblər bağlanmalı olur ki, bu da təhsildə problem yaradır. 

Bəs paytaxt əhalisinin narahatlığına son qoymaq üçün Formula 1 yarışlarının bölgələrdə, yaxud Bakıətrafı yerlərdə, məsələn elə yenicə yaradılmış və daha da böyük layihələrin gözlənildiyi "Sea Breeze"də keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu yarışın harada keçirilməsi ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb.

"Yarışın digər rayonlarda və bölgələrdə keçirilməsi də nəzərdə tutulub. Əks arqument isə odur ki, Bakı şəhərinin reklamı olunur və burada infrastruktur daha yeni və inkişaf etmişdir. Bütün hallarda, tıxac və digər problemlərin də həllini gözdən qaçırmaq olmaz. Ərazinin hara olması ilə bağlı konkret fikir söyləmək çətindir, çünki mən texniki tərəfi tam bilmirəm və konkret yer təklif edə bilmərəm. Lakin onu bilirəm ki, bu cür tədbirlər keçirilərkən mütləq əhalinin narahatlığını, məktəblərin fəaliyyətini və tıxac problemini nəzərə almaq lazımdır. Yarışla paralel olaraq bu kimi məsələlər də planlaşdırılmalıdır ki, insanlar hər il eyni sıxıntıları yaşamasınlar",- deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri