Icma.az
close
up
RU
Formula 1 in yubileyinə həsr edilmiş tədbir keçirilib

Formula 1 in yubileyinə həsr edilmiş tədbir keçirilib

Report.az saytına istinadən Icma.az xəbər verir.

"Formula 1" üzrə dünya çempionatının bu il qeyd olunacaq 75 illik yubileyinə həsr olunmuş "F1 75 Live" tədbiri Londondakı “O2 Arena”da keçirilib.

"Report"un məlumatına görə, 1950-ci ildən bu yana "Formula 1" tarixində ilk dəfə çempionatın iştirakçısı olan bütün 10 komanda və 20 sürücü yeni mövsüm üçün hazırlanan maşınların rəng çalarlarını və heyətlərini birgə təqdim ediblər.

Gecənin ən çox diqqət çəkən məqamlarından biri Lyuis Hemiltonun qırmızı kombinezonda "Ferrari" ilə səhnəyə çıxması olub. Yeddiqat dünya çempionu yeni komandası ilə böyük hədəflərə çatmaq arzusunda olduğunu vurğulayıb.

"McLaren" isə 26 illik fasilədən sonra keçən il qazandığı komanda çempionluğu ilə yenə də titula iddialı və yeni mövsümdə uğurunu davam etdirmək niyyətində olduğunu göstərib.

Karlos Saynsın "Williams"a, Esteban Okonun "Haas"a, Niko Hülkenberqin "Zauber"ə keçidləri də gecənin müzakirə mövzuları olub. Fernando Alonso isə "Aston Martin"lə üçüncü mövsümünə başlayacaq və əfsanəvi konstruktor Adrian Nyuinin rəhbərliyi altında hazırlanan ilk maşınla qələbəyə ümid etdiyini söyləyib.

Komandalar 2025-ci il üçün hazırladıqları bolidlərin yeni rəng çalarlarını və sponsorlarını təqdim ediblər.

Minlərlə azarkeşin iştirak etdiyi tədbir "Formula 1"in televiziyasında və çempionatın rəsmi sosial media kanallarında canlı yayımlanıb. Xüsusi qonaqlar arasında keçmiş dünya çempionları Mika Hakkinen, Sebastyan Fettel və Alen Prost yer alıblar. Gecədə ötən mövsümün ən yaxşı sürücüsü və komandasına mükafatlar təqdim edilib. Maks Ferstappen və "McLaren" komandası 2024-cü ildəki uğurlu çıxışlarına görə təltif olunublar.

Sonda isə "Formula 1" rəhbərliyi 2026-cı ildən etibarən yeni güc qurğusu, aerodinamika və daha ekoloji cəhətdən təmiz yanacaqlara keçid ediləcəyini açıqlayıb.

Qeyd edək ki, 2025-ci il mövsümü martın 14-16-da Avstraliyada başlayacaq, mövsümöncəsi testlər isə fevralın 26-28-də Bəhreyndə keçiriləcək.

"F1 75 Live" tədbiri "Formula 1" tarixində yeni bir səhifə açaraq azarkeşlərə unudulmaz anlar yaşadıb. Yeni mövsümə hazırlıq böyük həyəcanla davam edir.

Xatırladaq ki, builki təqvimdə 17-ci olan Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri