“Formula 1” komandalarının dəyəri: təxmini məbləğ AÇIQLANDI
Icma.az, Lent az saytına istinadən bildirir.
“Formula-1” komandalarının qiymətləri son illərdə kəskin şəkildə artıb, baxmayaraq ki, cəmi altı il əvvəl onlar bir neçə dəfə ucuz idilər.
Lent.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, qiymətləndirmədə komandaların maliyyə göstəriciləri, son əməliyyatlar, hesabatlar və analitiklərin qiymətləndirmələri nəzərə alınıb.
"Rəqəmləri dəqiqləşdirdik və hər komandanın səhm qiyməti artsa da, “Ferrari” liderdir", - məlumatda vurğulanır.
“Formula -1” komandalarının indiki dəyəri:
1. Ferrari – 7,1 milyard dollar;
2. Mercedes – 6,4 milyard dollar;
3. McLaren – 5,2 milyard dollar;
4. Red Bull – 4,9 milyard dollar;
5. Aston Martin – 3,3 milyard dollar;
6. Williams – 2,6 milyard dollar;
7. Alpine – 2,6 milyard dollar;
8. Audi – 2,6 milyard dollar;
9. Racing Bulls – 2,4 milyard dollar;
10. Haas – 1,9 milyard dollar.
2020-ci ildə bu komandaların əksəriyyətinin dəyəri xeyli aşağı olub. Məsələn, liderlər siyahısındakı Ferrari komandası təxminən 2 milyard dollar, McLaren 740 milyon dollar və Williams cəmi 120 milyon dollar dəyərində idi.
Qeyd edilir ki, “Formula -1” komandalarının dəyərindəki artım çempionatın özündəki sistemli dəyişikliklərlə bağlıdır. Xüsusilə, Concorde Agreement imzalanmasından və büdcə məhdudiyyətlərinin tətbiqindən sonra komandalar sabit gəlir və xərc nəzarəti əldə ediblər və bu da onların investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 19 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















