Icma.az
close
up
RU
“Formula 1” komandalarının dəyəri rekord səviyyəyə yüksəldi

“Formula 1” komandalarının dəyəri rekord səviyyəyə yüksəldi

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bu il “Formula-1” komandalarının kommersiya dəyəri tarixi maksimuma çatıb.

İdman.Biz xəbər verir ki, “Forbes” 2025-ci il üçün “Formula-1”də iştirak edən komanda dəyərlərini açıqlayıb və siyahıda rekord artım qeydə alınıb.

Komandaların orta dəyəri hazırda 3,6 milyard dollar (təxminən 6,12 milyard AZN) təşkil edir ki, bu da ötən illə müqayisədə 89% çoxdur.

Ən dəyərli komandalar
Məlumata görə, “Ferrari” təşkilatın ən bahalı komandası olaraq 6,5 milyard dollar (təxminən 11,04 milyard AZN) dəyərində qiymətləndirilib. İkinci sırada yer alan “Mercedes”in dəyəri isə 6 milyard dollar (təxminən 10,18 milyard AZN) olaraq göstərilir. Hər iki komanda bəzi NFL və NBA klublarını belə geridə qoyur.

Digər komandaların dəyərlərində də ciddi artım müşahidə olunub. Məsələn, “McLaren” 2024-cü ildəki maliyyə göstəricilərindən sonra 4,4 milyard dollar (təxminən 7,46 milyard AZN) dəyərində qiymətləndirilib. “Aston Martin” və “Alpine” kimi komandaların da bazar dəyəri son iki il ərzində kəskin yüksəlib.

Dəyərlərin kəskin artmasının səbəbləri
Ekspertlər artımın əsas səbəbi kimi xərclərə qoyulan limitlər (cari mövsümdə 170 milyon dollar - təxminən 288 milyon AZN), sponsor gəlirlərinin yüksəlməsi, media hüquqlarının genişlənməsi - xüsusilə ABŞ-də Apple TV ilə bağlanan illik 140 milyon dollarlıq (təxminən 237 milyon AZN) müqavilə, eləcə də “Formula-1”ə artan investor marağını göstərirlər. 2024-cü ildə komandaların orta illik gəliri 430 milyon dollar (təxminən 730 milyon AZN) olub və komandaların böyük hissəsi artıq mənfəətlə çalışır.

Gələcəyin riskləri
Bununla belə, “Formula-1”in struktur məhdudiyyətləri də mövcuddur: çempionatda cəmi 24 Qran-pri keçirilir, bolid üzərində sponsor yerləri məhduddur və bazar artımı əvvəlki illərlə müqayisədə azala bilər. “Forbes” bildirir ki, bu səbəblərə görə F-1 hələ NFL və NBA kimi böyük liqaların kommersiya dəyərlərinə tam yaxınlaşmayıb. Lakin bunun fonunda belə tələbin yüksək qalması və 2026-cı ildən seriyaya qoşulacaq “Cadillac” komandasının ilkin olaraq 1 milyard dollardan (təxminən 1,7 milyard AZN) çox investisiya ayırması, “Formula-1” komandalarının bazar dəyərinin növbəti illərdə daha da yüksələcəyini göstərir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri