“Formula 1” komandalarının büdcəsi artacaq
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Gələn mövsümdən etibarən “Formula-1” komandalarının xərc limiti 135 milyon dollardan 215 milyon dollara yüksəldiləcək.
"Football-plus.az" xəbər verir ki, bu qərar 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentə hazırlıqla bağlıdı.
Turnirdə “Zauber” bazasında debüt edəcək “Audi” komandası üçün limit bir qədər yüksək olacaq. Səbəb İsveçrədə əməkhaqlarının Böyük Britaniya və İtaliyada yerləşən rəqiblərlə müqayisədə daha yüksək olmasıdı. Eyni zamanda, əvvəlki istisnalar qüvvədə qalır: pilotların maaşları və komandanın ən yüksək məvacib alan üç əməkdaşının xərcləri büdcə limitinə daxil olunmur.
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) maliyyə qaydaları üzrə direktoru Federiko Lodi bildirib ki, bu, kapitalın artırılması yox, sadəcə, hesablanma metodunun yenilənməsidi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Oktyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















