Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb YENİLƏNİB
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 sentyabr, AZƏRTAC
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Mercedes”in britaniyalı pilotu Corc Rassel birinci olub.
“Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen ikinci, “Ferrari”nin monakolu pilotu Şarl Lekler üçüncü pillədə yer alıb.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayacaq.
12:30
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşünə start verilib.
AZƏRTAC xəbər verir ki, yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik Bakı Şəhər Halqasında dövrə vuracaqlar.
Bu gün, həmçinin saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula 1-də ikinci sərbəst yürüş olacaq.
Fotoqraflar – Tofiq Babayev, İlkin Cavanşirov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 24 Sentyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















