“Formula 1” üzrə builki Azərbaycan Qran prisi… KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Formula-1” yarışlarının ləğvindən sonra Azərbaycan Qran-prisinin də ləğv edilə biləcəyi ehtimal olunur.
KONKRET.az xəbər verir ki, bu barədə iddia ilə “Formula-1″i işıqlandıran idman jurnalisti Jiuliana Cerasoli çıxış edib.
O bildirib ki, müharibənin şiddətlənməsi davam edərsə, Azərbaycanın münaqişə zonasına yaxınlığı səbəbindən mövsümdən daha bir yarışın çıxarılması mümkündür.
Bakı Şəhər Halqasının mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışın təxirə salınması ilə bağlı hər hansı məlumat daxil olmayıb:
“Belə bir məlumat bizə daxil olmayıb. Yarış qüvvədədir və “Formula-1″ təqviminə uyğun keçirilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, “Formula-1” təqviminə əsasən, Bəhreyn (5-ci mərhələ) və Səudiyyə Ərəbistanında (6-cı mərhələ) yarışlar ləğv olunub. Bu səbəbdən aprel ayında beş həftəlik fasilə yaranacaq. May ayında yarışlar ABŞ Qran-prisi ilə davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 22 Mart 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















