Icma.az
close
up
RU
Formula 1 və Formula 2 üzrə Bakı Qran Prisi start götürür

Formula 1 və Formula 2 üzrə Bakı Qran Prisi start götürür

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanda bu gün Formula 1 və Formula 2 üzrə Qran-Pri yarışlarına start veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarış həftəsonunun proqramı bu il ənənəvi cədvəldən fərqlənir.

Bu gün, sentyabrın 24-də Formula 2-də sərbəst yürüş saat 10:00-da, iki sıralama sessiyası isə 14:00 və 14:30-da başlayacaq. Formula 1-də ilk sərbəst yürüş 12:30-13:30, ikinci sərbəst yürüş isə 16:00-17:00 arasında keçiriləcək.

Sentyabrın 25-də Formula 2-də əvvəlcə sprint yarışı, daha sonra ilk əsas yarış, Formula 1-də isə üçüncü sərbəst yürüş və sıralama turu baş tutacaq. Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı sentyabrın 26-da saat 15:00-da başlayacaq.

Məlumat üçün bildirək ki, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi bu il yubiley - 10-cu dəfə təşkil olunur.

Bakı Şəhər Halqasında ilk Formula 1 yarışı 2016-cı ildə Avropa Qran-Prisi adı ilə keçirilib, 2017-ci ildən isə mərhələ Azərbaycan Qran-Prisi kimi Formula 1 təqvimində yer alır. Yalnız 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yarış keçirilməyib.

Bakı Şəhər Halqasının uzunluğu 6,003 kilometrdir. Pilotlar əsas yarışda 51 dövrə tamamlayaraq 306 kilometrdən çox məsafə qət edəcəklər. Saat əqrəbinin əksi istiqamətində hərəkət edilən tras 20 döngədən ibarətdir.

Bakı yarışı dar küçələri, uzun düzlükləri və baryerlərin trasa yaxın yerləşməsi ilə seçilir. İçərişəhər divarları boyunca uzanan hissədə yolun eni 7,6 metrədək azalır ki, bu da pilotlar üçün səhv imkanlarını minimuma endirir.

Bakı həmçinin gözlənilməz nəticələri ilə tanınır. İndiyədək Azərbaycan Qran-Prisini iki dəfə qazanan pilotlar arasında Serxio Peres və Maks Ferstappen yer alır. Ferstappen 2022 və 2025-ci illərdə, Peres isə 2021 və 2023-cü illərdə Bakıda finiş xəttini birinci keçib.

Bu dəfə çempionatın lideri Kimi Antonelli Bakı mərhələsinə 81 xallıq üstünlüklə gəlir. Mercedes pilotu mövsümün ilk 14 yarışından səkkizində qalib gəlib və sonuncu mərhələdə - Madriddə də birinci olub.

Azərbaycan Qran-Prisinin bu ilki mərhələsində Formula 2 üzrə də fərqli format tətbiq olunacaq. Bakı bu mövsüm Formula 2-nin yeganə dəstək seriyası olduğu mərhələdir və burada cümə axşamı iki sıralama sessiyası, cümə günü sprint və ilk əsas yarış, şənbə günü isə ikinci əsas yarış keçiriləcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Sentyabr 2026 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri