Icma.az
close
up
RU
Fortepianoları kökləyən lənkəranlı müəllim: Yeni ustaların yetişməsini istəyirəm FOTO

Fortepianoları kökləyən lənkəranlı müəllim: Yeni ustaların yetişməsini istəyirəm FOTO

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Lənkəran, 3 fevral, İlkin Adıyev, AZƏRTAC

Musiqi dünyasında istedadı və peşəkarlığı ilə seçilən şəxslərdən biri də Rail Yusubovdur. O, həm mahir qarmon ifaçısı, həm də təcrübəli musiqi müəllimi kimi tanınır. Bununla yanaşı, fortepiano alətlərinin sazlanması və təmiri sahəsi üzrə də mütəxəssisdir. Hazırda Rail Yusubov Azərbaycanın cənub bölgəsində bu sahə ilə məşğul olan yeganə ustadır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rail Yusubov uzun illərdir musiqi müəllimi kimi çalışır və gənc istedadların yetişməsinə töhfə verir. Onun tələbələri arasında müxtəlif musiqi müsabiqələrində uğur qazananlar da var. Xüsusilə qarmon ifaçılığı sahəsində onun pedaqoji bacarıqları yüksək qiymətləndirilir: "Musiqi mənim üçün sadəcə bir sənət deyil, o, ruhumun bir parçasıdır. Hər tələbəmin uğuru mənim üçün ən böyük mükafatdır. Tələbələrimə öyrətməyə çalışıram ki, musiqi təkcə notdan ibarət deyil, o, həm də bir həyat tərzidir".

Musiqi alətlərinin sazlanması xüsusi dəqiqlik və incəlik tələb edir. Rail Yusubov bu sahədə öz bilik və bacarıqlarını inkişaf etdirərək, cənub bölgəsinin yeganə fortepiano ustası kimi tanınır. Belə demək mümkündürsə, o, kökdən düşmüş, istifadəyə yararsız fortepianolara yeni həyat verir.

"Hər fortepiano fərqli tarixə malikdir. Onları yenidən işlək vəziyyətə gətirmək mənim üçün böyük bir sevincdir. Hər sazladığım fortepianoya yeni həyat bəxş etdiyimi düşünürəm. Həmin alətə yenidən toxunan barmaqların duyduğu hisslər mənim üçün ən dəyərli mükafatdır. Bir fortepianonun sazlanması təkcə texniki proses deyil. Hər fortepianonun özünəməxsusluğu var və onunla işləyərkən aləti duymaq lazımdır" , - deyə Rail müəllim bildirir.

Rail Yusubov musiqiyə sevgisini yalnız ifaçılıq və pedaqoji fəaliyyətlə deyil, həm də musiqi alətlərinə qayğı göstərməklə nümayiş etdirir. O, gələcəkdə daha çox insanın bu sahədə bilik qazanmasına kömək etməyi və fortepiano ustalığını gənc nəslə ötürməyi planlaşdırır.

Həmsöhbətimiz gələcək planlarından danışaraq deyir ki, Azərbaycanda bu sahəyə marağın artmasını, yeni ustaların yetişməsini arzulayır: “Mən öz biliklərimi paylaşmağa və bu ənənəni yaşatmağa hazıram. Çünki musiqi yalnız ifa etməklə deyil, həm də alətlərə qayğı göstərməkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri