Icma.az
close
up
RU
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək

Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Türk dünyası üçün daha bir mühüm tədbirə evsahibliyi edir. Məlum olduğu kimi noyabrın 23-26-da Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək. Tədbir çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” da təşkil olunacaq.
Forumun əhəmiyyətindən danışan “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin sədri İlham İsmayılov Newscenter.az-a deyib ki, Türk dünyası geniş coğrafiyanı əhatə edən, ortaq dil, mədəniyyət və tarixi birlik üzərində formalaşmış böyük bir strateji məkan olduğundan, bu məkanın inteqrasiyası yalnız dövlət səviyyəsində deyil, vətəndaş cəmiyyətləri çərçivəsində də güclü əməkdaşlıq tələb edir. ATXƏM sədri hesab edir ki, QHT-lərin Həmrəylik Forumu isə məhz bu missiyanı həyata keçirən mühüm platformadır:

“Forumun Türk dünyası üçün əhəmiyyəti çoxşaxəlidir. İlk növbədə bu kimi forumlar Türk dünyasında fəaliyyət göstərən vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirir. Forum müxtəlif türk ölkələrinin vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı təcrübə mübadiləsi barədə fikir mübadiləsinin aparılması baxımından da əhəmiyyətlidir.
Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, günümüzdə Türk dünyasında sosial, humanitar və inkişaf sahələrində QHT-lərin rolu getdikcə artır. Bu baxımdan Forum humanitar yardım, sosial müdafiə, təhsil, gender bərabərliyi, ekologiya, mədəniyyət və gənclər siyasəti kimi sahələrdə birgə təşəbbüslərin koordinasiyası üçün QHT-lərə yeni fürsətlər yaratmış olar”.
Forumun panel sessiyaları çərçivəsində müzakirə ediləcək məsələlərə diqqət çəkən İlham İsmayılov, “Forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq ki, hər iki mövzu günümüzdə kifayət qədər aktualdır və təkcə Türk dünyası deyil, eyni zamanda bu coğrafiyadan kənar dövlətlərin də diqqət mərkəzində olan məsələlərdir. Çünki 44 günlük Vətən müharibəsində sonra regionda yaranmış yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin açılması məsələsinin gündəmə gəlməsi və bunun artıq bir reallığa çevrilməsi bütün Türk dünyası, eləcə də bu coğrafiyadan keçməklə dünya bazarlarına mal və məhsul ixrac etməyi nəzərdə tutan ölkələr üçün ciddi maraq kəsb edir. Zəngəzur dəhlizinin Türk dünyası üçün son dərəcə əhəmiyyətli olduğu bu günlərdə Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü zamanı Qırğızıstan prezidenti tərəfindən bir daha qeyd edildi. Bu baxımdan vətəndaş cəmiyyətinin də bu məsələyə xüsusi diqqət ayırması və Bakı forumunda bu məsələnin xüsusi olaraq panel sessiyada müzakirəyı çıxarılması olduqca əhəmiyyətlidir”,-deyə vurğulayıb.
İlham İsmayılov onu da diqqətə çatdırıb ki, bu kimi tədbirlər, toplantılar ATXƏM-in təsis olunması zamanı öz Nizamnaməsi əsasında qarşısına qoyduğu hədəflərin, məqsədlərin reallaşmasına öz töhfəsini verir:
“Biz 2007-ci ildə ATXƏM-i təsis edən zaman qarşımıza qoyduğumuz hədəf Türk xalqları arasında mədəni-elmi inteqrasiyaya nail olmaq idisə, günümüzdə həmin məsələlər artıq dövlətlər səviyyəsində reallaşmaqdadır. Ayrı-ayrı türk dövlətlərinin müvafiq qurumları arasında qeyd edilən istiqamətlərdə aparılan işlər bizi də sevindirir. Çox sevindirici haldır ki, bizim təxminən 20 il əvvəl qarşımıza qoyduğumuz məqsəd və hədəflər günümüzdə Türk dövlətlərinin siyasi rəhbərləri, eləcə də müvafiq qurumları səviyyəsində reallaşdırılır. Bu prosesdə vətəndaş cəmiyyətinin də üzərində müəyyən mənada məsuliyyət, yük düşür ki, bunu da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi uğurla bacarır, həyata keçirir. Hesab edirəm ki, ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi də bunun bariz nümunəsidir”.

İlham İsmayılov hesab edir ki, həyata keçirilən bu işlərdə QHT olaraq hansısa formada iştirak məqsədəuyğun olardı:
“Çünki QHT-lərin hər hansı formatda keçirilən tədbirlərində bir qayda olaraq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edir, müəyyən məsələlərlə bağlı öz fikirlərini ifadə edirlər. Ancaq yaxşı olardı ki, dövlət qurumlarının Türk dünyasının inqterasiyası, yaxud hansısa sahələrdə əməkdaşlığa dair görüşləri, toplantılarında həmin sahələr üzrə ixrtisaslaşmış vətəndaş cəmiyyəti institutları da iştirak etsin. Bu iştirakçılıq səmərəli dialoq, ümumi işə töhfə verən təşəbbüs və təkliflərin irəli sürülməsi baxımından əhəmiyyətli olar”.
ATXƏM sədri, “Belə bir foruma Bakının evsahibliyi etməsi həm də onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində də Azərbaycan Türk coğrafiyasında lokomotiv rolunu oynayır. Belə forumların həyata keçirilməsi həm də yeni əlaqələrin qurulması deməkdir. Yəni, ayrı-ayrı QHT-lər müəyyən sahələr üzrə öz aralarında əlaqələr qurub daha böyük layihələr həyata keçirə bilərlər. Bu kimi tədbirlər bütün dövrlər üçün, xüsusilə Türk dünyasının inteqrasiyasının güclü olduğu mərhələdə olduqca əhəmiyyətlidir”.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Noyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri