Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

”Forum yaradılan reallıqların təqdim olunması baxımından əhəmiyyətli oldu” ŞƏRH EDİLDİ

”Forum yaradılan reallıqların təqdim olunması baxımından əhəmiyyətli oldu” ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"ADA Universitetində beynəlxalq siyasətin müzakirəsinə həsr olunan yeddinci beynəlxalq forumda maraqlı mesajlar verildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, rekord sayda iştirakçının qatıldığı toplantıda cənab Prezidentə ünvanlanan suallar regional və qlobal münaqişələr fonunda dünyanın gələcəyi, Azərbaycanın cərəyan edən proseslərdə rolu ilə bağlı idi: "Forum iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər etdilər, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallığı, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücü ilə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Regionda yaranan yeni reallıqlar fonunda dünyanın ən təcrübəli liderlərindən biri kimi cənab Prezidentə müxtəlif suallar ünvanlandı. Cənubi Qafqaza uzunmüddətli baxışa dair Azərbaycanın mövqeyinə diqqət çəkildi. Bir daha bəyan olundu ki, məhz Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. “Halbuki bizim hamımızın buna imkanı var idi. Ermənistan regionda reallaşan layihələrin bir hissəsi ola bilərdi. Lakin “Böyük Ermənistan” xülyası buna mane oldu. Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Təbii ki, bu proses silahlanma fonunda baş verə bilməz. Azərbaycan Prezidenti bu kontekstdə diqqəti Ermənistanın silahlanmasına yönəltdi. Rəsmi Bakı açıq şəkildə xəbərdarlıq edir ki, Ermənistanın ölümcül silahlarla silahlanması regionda sülhə və sabitliyə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir. Bu reallıqlar fonunda Azərbaycan yeni siyasi qarşıdurma təhlükəsi görür. Yəni son 5 ilin mənzərəsi onu deməyə əsas verir ki, post-müharibə vəziyyətinin necə inkişaf etməsi Ermənistanın davranışından asılıdır. Tərəflər arasında etimadın qurulması isə kiçik addımlarla başlaya bilər. Qərb dairələrinin anti-Azərbaycan fəaliyyətinə də toxunan dövlət başçımız Avropada Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələrin səylərinin heç bir nəticə verməyəcəyini vurğuladı".

"Azərbaycan-ABŞ münasibətləri forum iştirakçılarını maraqlandıran mövzulardan biri idi. Bu suala cavab olaraq cənab Prezident bildirdi ki, rəsmi Bakı Vaşinqton üçün çox mühüm tərəfdaş ola bilər. Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırıla bilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi, COP29-un ev sahibi kimi bu kontekstdə Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında oynadığı rol da uğurlu təcrübə kimi qiymətləndirilir. Orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu böyük əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycanın Türk dünyası ilə əlaqələrinə də diqqət çəkildi. Cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatını daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyir. TDT mühüm qlobal iştirakçıya çevrilməlidir. Beləliklə, ADA-da keçirilən forum bu dəfə də maraqlı müzakirələrlə yadda qaldı. Burada verilən bəyanatlar həm də Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdim olunması baxımından əhəmiyyətli oldu" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see613

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see544

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see416

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see329

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see291

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see287

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see285

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see273

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see270

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see250

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see230

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see221

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see220

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see217

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see212

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see204

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see197

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see190

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see189

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri