Zəfərdən sonra Şuşada neçə nəfər daimi məskunlaşıb?
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bu həftə Azərbaycan tarixinin ən önəmli günlərindən biri olan Şuşanın işğaldan azad olunması-Şuşa şəhəri günü qeyd ediləcək. 6 il öncə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Həmin gün Azərbaycan tarixinə həmçinin Zəfər günü kimi də düşdü".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, işğal müddətində baxımsız şəhərə çevrilən Şuşa artıq Qafqazın aparıcı yaşayış məntəqələrindən birinə çevrilməkdədir:
"Şuşa bərpa olunur və yenidən qurulur. Öz tarixinə Zəfərdən sonra yenidən qovuşan Şuşa öz doğma sakinlərini də qarşılamaqdaddır".
Bəs, Zəfərdən sonra Şuşada neçə nəfər daimi məskunlaşıb?
Millət vəkili diqqətə çatdırıb ki, Şuşa şəhəri daxil olmaqla Şuşa rayonunda məskunlaşma davam etdirilir:
"Növbəti Şəhər Gününə hazırlaşan Şuşa rayonu üzrə indiyədək 420 ailə və ya 1579 nəfər daimi məskunlaşıb. Onlardan 377 ailə və ya 1411 nəfər Şuşa şəhərində yaşayır. Hazırda sözügedən rayonun Böyük Qaladərəsi kəndində 78, Kiçik Qaladərəsi kəndində isə 90 vətəndaşımız məskunlaşıb.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına" uyğun olaraq məskunlaşmaya start verildi. İkinci Proqram çərçivəsində isə Şuşa rayonu daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə kütləvi məskunlaşma həyata keçiriləcək".
Süleyman
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















