Forumda çıxışı zamanı ağladı Video
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fevralın 14-də öz işinə başlayan Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen forumun bağlanışı zamanı ağlayıb.
“Qafqazinfo” RTE nəşrinə istinadən xəbər verir ki, buna səbəb forumun nəticəsinin olmamasıdır. O, keçirilən forumu “Avropa kabusu” adlandırıb.
Xoysqen yekun nitqində ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin çıxışına toxunaraq, Avropa liderlərinə, xüsusilə də Ukrayna Prezidenti Volodimir Zelenskiyə Avropanın ortaq dəyərləri haqqında danışdıqlarına görə təşəkkür edib: “Bu konfrans transatlantik konfrans kimi başladı və vitse-prezident Vensin çıxışından sonra biz ümumi dəyərlər bazamızın artıq ümumi olmadığından qorxuruq”.
Xatırladaq ki, fevralın 14-də Vens çıxışı zamanı Aİ-nin siyasətini tənqid edib. O, ABŞ-nin daha çox Rusiya və Çinin Avropaya təhlükəsindən deyil, Avropanın bəzi ən mühüm dəyərlərindən geri çəkilməsindən narahat olduğunu dilə gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 17 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















