“Forumda qəbul edilmiş qərarlar təhlükəsizlik mühitinin formalaşmasında böyük rol oynayacaq”
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azərbaycan çoxdan artıq beynəlxalq tədbirlərin keçirildiyi mühüm diplomatik bir mərkəzə çevirilib və dünyanın müxtəlif regionlarından gələn nümayəndələr bu ya digər beynəlxalq məsələləri müzakirə edir, fikir mübadiləsi aparır, beynəlxalq birliyə çağırışlar edirlər”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirilməsi Bakının təhlükəsizlik məkanına çevrildiyini, Azərbaycan və Bakı nümunəsinin dünya üçün çox əhəmiyyətli olduğunun bir daha göstəricisidir: “Hətta bizimlə diplomatik münasibətləri olmayan Ermənistanın xüsusi xidmət orqanının rəhbərinin bu tədbirdə iştirakı Bakının beynəlxalq təhlükəsizlik mühitinin formalaşmasına verdiyi qiymət hesab edilə bilər. Forumda qəbul edilmiş qərarların təhlükəsizlik mühitinin formalaşmasında böyük rol oynacayağını düşünürəm”.
Röya İsrafilova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 22 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















