“Fotojurnalistikaya Dəstək Proqramı” müsabiqəsinin mükafatlandırma mərasimi KEÇİRİLDİ FOTO/VİDEO
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
Bakı Dövlət Universitetində (BDU) “Fotojurnalistikaya Dəstək Proqramı” çərçivəsində fotojurnalistikanın kommersiyalaşdırılması mövzusunda dördgünlük təlimlər başa çatıb. Təlimlər Azərbaycan Mədəniyyət Nazirliyi, BDU, Mətbuat Şurası və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən təşkil olunub, sahənin aparıcı mütəxəssisləri iştirak edib.
Təlimlərin yekununda Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunan mükafatlandırma mərasimi keçirilib.
Tədbir iştirakçılara fotojurnalistika sahəsində yeni perspektivlər təqdim edib və sahənin kommersiyalaşdırılması istiqamətində vacib müzakirələrə yer verib.
Qeyd edək ki, təlimdə iştirak edən tələbələr arasında müsabiqə elan olunub.
Müsabiqədə qalib seçilən BDU-nun Jurnalistika fakültəsinin tələbələri Nəzri Süleymanova və Aytən Babaşova diplom və pul mükafatı ilə təltif ediliblər.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Fevral 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















