Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə çağırış edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 5 avqust, AZƏRTAC
Ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ekoloji təhlükəsizliyin qorunması fonunda Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən yanğınla bağlı məsuliyyət tədbirlərinin görülməsi və profilaktikası sahəsində fasiləsiz xidmət aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə çağırışında bildirilir.
“Yay mövsümündə havaların isti və quraq keçməsi meşəlik və açıq sahələrdə yanğın təhlükəsinin artdığını nəzərə alaraq hər kəsi təbiətə səfərlər zamanı müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Təəssüf ki, aparılan təhlillərin nəticəsində məlum olur ki, meşə massivlərində qeydə alınan yanğınların mütləq əksəriyyəti insan səhlənkarlığı ucbatından baş verir. Tam söndürülməmiş tütün məmulatının təbiətə atılması, yandırılan kol-kos, eləcə də odla ehtiyatsız davranış yanğınlara və yaşıllıqların məhvinə gətirib çıxara bilər. Gəlin, təbiət qoynunda keçirəcəyimiz istirahətimizi hamılıqla elə təşkil edək ki, özümüzdən sonra ətraf-mühitə bərpası illər tələb edən sağalmaz yaralar vurmayaq, yanğın təhlükəsizliyi qaydalarına əməl edək. Unutmayaq ki, ekoloji təhlükəsizliyi və meşə massivlərini qorumaq bizim vətəndaş kimi başlıca öhdəliklərimizdən biridir”, - deyə çağırışda vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Avqust 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















