Icma.az
close
up
RU
Frank Peloniyə qarşı yeni aksiya:

Frank Peloniyə qarşı yeni aksiya:

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün bir qrup Azərbaycan QHT-lərinin rəhbərləri və ictimai fəallar Azərbaycan xalqını təhqir etmiş, ermənipərəst ABŞ konqresmeni Frank Peloniyə qarşı qaldığı hotelin qarşısında növbəti dəfə etiraz aksiyası keçirib.

QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, Peloninin Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.

Xatırladaq ki, ötən gün gecə Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib: “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”.

Bugünkü dinc aksiya zamanı QHT fəalları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə Frank Peloninin mühafizəçilərinə qarşı cinayət işi açılması üçün müraciət imzalayıblar.

QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.


Warning: Invalid argument supplied for foreach() in /home/aznewsaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 91

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 17 Noyabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see151

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see141

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see137

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see133

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see132

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see122

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see122

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see121

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see114

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see114

Avtomobil oturacaqları üçün hansı örtüklərdən istifadə edilməlidir? ARAŞDIRMA FOTO

14 Aprel 2025 21:00see114

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see113

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see112

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see111

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see111

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see111

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see110

5 aylıq hamilədir: Voleybol oynadı

14 Aprel 2025 18:47see110

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri