Icma.az
close
up
RU
Frank Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri yeni əməkdaşlıq mərhələsi açdı ŞƏRH

Frank Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri yeni əməkdaşlıq mərhələsi açdı ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Cari ilin 2 aprel tarixində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü baş tutmuşdur.

Səfər zamanı baş tutan görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Dövlətimizin başçısı

İlham Əliyev çıxışı zamanı Azərbaycanın Almaniya ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını vurğulamış və ölkəmizin enerji təhlükəsizliyi sahəsində mühüm rol oynadığını qeyd etmişdir. Prezident həmçinin, COP29 tədbirinin Azərbaycanda keçirilməsinin qlobal əhəmiyyətini və bu çərçivədə Almaniyanın dəstəyinin vacibliyini vurğulamışdır.

Almaniyanın COP29 tədbiri ilə bağlı dəstəyini yüksək qiymətləndirdiyini qeyd edən Prezident həmçinin Azərbaycanın sülh gündəliyini təşviq etdiyini vurğulamışdır. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün fundamental prinsiplərin Azərbaycan tərəfindən hazırlandığını və sülh sazişi mətninin bu prinsiplər əsasında hazırlandığını bildirmişdir. O cümlədən, Prezident İlham Əliyev qeyd etmişdir ki: "Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir."

Almaniya Prezidenti Ştaynmayer isə öz növbəsində, hər iki ölkə arasındakı tərəfdaşlığını daha da gücləndirmək niyyətində olduğunu bildirmiş və həmçinin iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanların mövcud olduğunu qeyd etmişdir. Bundan əlavə, Almaniyanın Prezidenti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin edilməsi məsələlərinə toxunaraq, Almaniyanın bu prosesdə vasitəçilik rolunu dəstəklədiyini ifadə etmişdir.

Görüş çərçivəsində, o cümlədən, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri, yaşıl enerji sahəsində əməkdaşlıq, ticarət və nəqliyyat marşrutlarının genişləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparılmışdır. Hər iki ölkə liderləri qarşılıqlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Baş tutan səfər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da nəzərdə tutulmuşdur. Bu görüşün yekununda hər iki dövlətin prezidentləri birgə mətbuat konfransı keçirərək səfərin nəticələri ilə bağlı bəyanat vermişlər.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri