Frank Valter Ştaynmayerin Bakıda rəsmi qarşılanma mərasimi olub
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.
Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Bu mövzuda digər xəbərlər:Frank Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri yeni əməkdaşlıq mərhələsi açdı ŞƏRH
04 Aprel 2025 13:28
Frank Valter Ştaynmayer İçərişəhərlə tanış olub FOTO
02 Aprel 2025 18:12
Bakıda Qvineya Bisau prezidentinin rəsmi qarşılanma mərasimi olub
27 Fevral 2025 14:53
Umaru Sisoku Embalonun Bakıda rəsmi qarşılanma mərasimi olub
27 Fevral 2025 15:44
Almaniya Prezidenti Frank Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
01 Aprel 2025 21:32
Baxış sayı:75
Bu xəbər 02 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















