Icma.az
close
up
RU
Fransa alov içində Minlərlə insan təxliyə olunur

Fransa alov içində Minlərlə insan təxliyə olunur

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Fransanın cənub-qərbində baş verən meşə yanğını qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın səbəbindən 12 minə yaxın insan, o cümlədən turistlər təhlükəsiz ərazilərə köçürülüb.

"Yeni Sabah" xəbər verir ki, yanğın Gironde bölgəsində çərşənbə günü başlayıb. Güclü istilər və quraqlıq səbəbindən alov sürətlə yayılaraq indiyədək 2 min 400 hektar meşə sahəsini məhv edib. Rəsmilər bildiriblər ki, hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur, yaşayış məntəqələrinə də ciddi ziyan dəyməyib.

Yanğın təhlükəsi ilə əlaqədar düşərgələrdə, istirahət mərkəzlərində və meşəyə yaxın yaşayış məntəqələrində olan təxminən 12 min nəfər təxliyə edilib. Onların arasında minlərlə turist də var. Yerli sakinlər deyib ki, polislər evləri bir-bir gəzərək insanlara ərazini tərk etmələri barədə xəbərdarlıq ediblər. pizza hut

Hazırda yanğının söndürülməsinə 700-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğınsöndürmə təyyarələri və helikopterlər də havadan müdaxilə edir. Bildirilir ki, alovun hündürlüyü bəzi ərazilərdə 10 metrə çatır, qalın tüstü isə kilometrlərlə uzaqdan görünür. İlkin ehtimala görə, yanğın kolluq ərazilərin təmizlənməsi zamanı işləyən texnikadan çıxan qığılcımdan başlayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, eyni ərazidə 2022-ci ildə də böyük meşə yanğını baş vermişdi. Həmin vaxt 30 min hektara yaxın ərazi yanmış, 50 min nəfər təxliyə edilmişdi.

Son günlər Fransanın digər bölgələrində də meşə yanğınları qeydə alınıb. Marsilya yaxınlığındakı Ponteves bölgəsində 2 min 500 hektar sahə yanıb, 10 ev yararsız vəziyyətə düşüb. Paris yaxınlığında yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan Fontainebleau meşəsinin də bir hissəsi alovdan zərər görüb.

Meteroloqlar bildirirlər ki, Fransada may ayından bəri üçüncü isti hava dalğası müşahidə olunur. Onların sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində uzun sürən istilər meşələri daha həssas vəziyyətə salır və yanğın riskini artırır. Fransa Meteorologiya Xidmətinin məlumatına görə, ölkədə 1947-2025-ci illərdə qeydə alınan 53 isti hava dalğasının yarısı 2010-cu ildən sonra baş verib.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2026 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri