Icma.az
close
up
RU
Fransa Cənubi Qafqazda sülhə mane olur: Rəsmi Bakı Parisi belə neytrallaşdıra bilər...

Fransa Cənubi Qafqazda sülhə mane olur: Rəsmi Bakı Parisi belə neytrallaşdıra bilər...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Fransanın Ermənistanı Azərbaycana qarşı silahlandırılması, öldürücü silahlar verməsi, bu ölkənin Cənubu Qafqazda sülhün əleyhinə olduğunu göstərir. Həmçinin Fransa Qərbin müəyyən sahələr üzrə ixtisaslaşmış təşkilatlarında xüsusilə, Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin qəbulunda, ölkəmiz əleyhinə kampaniyaların arxasında durur. Bundan əlavə, Makron Fransası Azərbaycan qazının Avropaya ixracnın qarşısını almaq üçün hərəkətə keçib. Fransa Cənubi Qafqazda Ermənistan üzərindən nüfuz edərək regionda güclənmək və nəqliyyat-kommunikasiya yollarına nəzarət etmək planına malikdir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullzadə deyib. 

O bildirib ki, həmçinin buradan Mərkəzi Asiya ilə əlaqələri nəzarətə götürməklə Qazaxıstandan uranın idxalını və Özbəkistandan təbii ehtiyatların daşınmasını təmin etməyə çalışır: "Bir neçə ay bundan əvvəl E. Makron Qazaxıstan və Özbəkistana səfər edərək bu ölkələrdən uranın Fransaya ixracı barədə razılaşma əldə edilib. Fransanın Afrikada geosiyasi mövqelərinin zəifləməsi, rəsmi Parisin öz xarici siyasətini Cənubi Qafqaz və Mərkəzi Asiya üzərində qurub. Göründüyü kimi, Fransa imperializm siyasətini həyata keçirməyə çalışır. Hazırda Azərbaycan və Türkiyə bunun qarşısını alır".

M.Əsədullazadə vurğulayıb ki, məhz Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına Fransa qarşı çıxır: "Çünki, sülh müqaviləsi Türkiyənin regional mövqeyini gücləndirməsinə və Fransanın təsirinin tamamilə regionda sıfırlanmasina gətirib çıxaracaq. Ona görə də Ermənistana hücum silahları verməklə, yeni müharibədə maraqlıdır. Bununla da regiona Ermənistanın "xahişi ilə" ordu yeritmək və regionda daima qalaraq, özünün təklif etdiyi sülh müqaviləsini irəli sürməyi istisna etmək olmaz. Fransa əsrlər boyu imperiya siyasətini davam etdirir və onun strategiyasi bir və iki il üçün deyil, 30-40 illiyə əsaslanır".

Politoloq hesab edir ki, rəsmi Bakı Fransanı neytrallaşdırmaq üçün bəzi addımlar atmalıdır: "Azərbaycan Türkiyə ilə sıx siyasi və hərbi əlaqələri inkişaf etdirməklə, Cənubi Qafqazda və Mərkəzi Asiyada mövcud siyasi nizamı Türk Birliyi çərçivəsinə salmaqla Fransanın aqressiv hərəkətliliyinin önləyə biləcək.Türkiyənin Cənubi Qafqazdan sonra, Suriyada mövqeyini gücləndirməsi, bu ölkəni beynəlxalq güc edib. Fransa məhz Cənubi Qafqazda iki güc qarşısında regionda neytrallaşdırılacaq. İranın zəiflədilməsi Fransanın Ermənistan siyasətinə zərbə oldu. Fransanın Azərbaycana qarşı hibrid müharibəsinə görə, Azərbaycan bu ölkənin Azərbaycanda diplomatik korpusun nümayəndələrinin bir neçəsini "arzuolunmaz" elan etməli və siyasi əlaqələri aşağı səviyyəyə salmalıdır".

Seymur,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri