Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Fransa Ermənistanı silahlandırmaqla...

Fransa Ermənistanı silahlandırmaqla...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

İrəvan Parisin regional planlarının alətinə çevrilir

Dünyada yeni siyasi-iqtisadi nizamın formalaşdığı dövrdə Fransa özünün Cənubi Qafqaza yönəlik destruktiv siyasətindən əl çəkmək istəmir. Regionda sülhlə bağlı impulsların gücləndiyi bir zamanda, əbədi sabitliyi təmin edəcək sənədin son ştrixlərinin razılaşdırıldığı bir dövrdə Paris özünün imperialist ənənəsinə sadiq qalaraq regionla bağlı məkrli planlarını davam etdirir. Başqa sözlə, Fransa son iki ildə Ermənistanın müxtəlif yollarla silahlandırılmasını təmin edən təhlükəli siyasətinə son vermir - bu ölkənin Ermənistanın hərbi-müdafiə və təhlükəsizliyində “rolunu” artırması da bunu deməyə əsas verir.

Dünyada işləri “düz getməyən”, onilliklər boyu mümstəmləkəçilik siyasəti yürütdüyü Qərbi - Mərkəzi Afrikadan sıxışdırılıb çıxarılan Fransa özünün yeni siyasi oyunlarını Ermənistan üzərindən qurmağa çalışır - Ermənistanı öz geosiyasi poliqonuna çevirmək istəyir.  Rəsmi Paris bu ölkədə təsir imkanlarını artırmağın yolunu ilkin olaraq İrəvanı silahlandırmaqda görür. Bununla bağlı real addımlar isə bütün faktlarla ortadadır - Fransa Ermənistanı həm öz şirkətlərinin, həm də Hindistanla birgə istehsal etdiyi silah-sursatla təmin edir. 

Yeri gəlmişkən, yayılan son məlumatlara görə, İrəvan Hindistan və Fransanın birgə istehsal etdiyi  müdafiə sistemi “Trajan” haubitsalarını almağa hazırlaşır. Çatdırılmanın yaxın aylarda həyata keçiriləcəyi iddia olunur. Xatırladaq ki, bundan əvvəl, Ermənistan  Hindistandan “Pinaka” reaktiv yaylım atəşi, “Akaş” hava hücumundan müdafiə sistemləri,  155 mm-lik “MArG” və ATAGS daşınan haubitsaları və digər müxtəlif silah növləri alıb. Bu istiqamətdə atılan addımlarda isə vurğulandığı kimi, Hindistan və Fransa xüsusi aktivlik göstərir - son dövrlərdə Yunanıstanın da prosesə cəlb edildiyi müşahidə olunur.

Bu ilk hal deyil...

Vurğulandığı kimi, Fransanın Cənubi Qafqazda yaranacaq sabitliyə qarşı təhdidi ilk hal deyil. 2024-ci ilin iyunun 17-də  Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanmışdı. Bundan başqa, Fransadan Ermənistana 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı razılıq əldə olunmuşdu. İmzalanma mərasimindən sonra S.Papikyanla birgə mətbuat konfransı keçirən Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirmişdi ki, Fransa lazım gələrsə, Ermənistanı yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək. Güman ki, növbəti aylarda da Fransanın həm özü, həm də Hindistan vasitəsilə Ermənistanı daha yeni silahlarla silahlandırmasına şahidi olacağıq.

Sülh Fransanın qorxulu yuxusuna çevrilib

Şübhə oluna bilməz ki, Fransanın Ermənistanı silahdırmaqda başlıca məqsədi Cənubi Qafqazda əbədi və dayanıqlı sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasına əngəl olmaq, Ermənistanı Azərbaycanla növbəti qarşıdurmaya hazırlmaq və regionu münaqişə içərisində saxlamaqdır. Tarixən işğalçılıq və müstəmləkəçilik siyasətinə əsaslanan Fransa üçün bu adi bir hala çevrilib. Qeyd edildiyi kimi, Fransa bu taktikanı Afrika və Okeaniya regionunda da yüzilliklər boyu tətbiq edib. Fransa bu iki regionda öz geosiyasi mövqeyini qorumaq və sömürgə siyasətini davam etdirmək üçün xalqlararası münaqişələrdən məharətlə istifadə edib. Bu gün isə eyni taktika Cənubi Qafqaza qarşı tətbiq edilir. Paris hesab edir ki, bölgədə münaqihşənin davam etməsi Fransanın regiona müdaxiləsinə yol aça bilər.

Makronun Ermənistan “arzuları”...

Makron hakimiyyətinin Ermənistana münasibətdə siyasi xətti müəyyən geosiyasi hədəflərə istiqamətlənib. Makronun hədəfləri Fransanın Ermənistanda hərbi-siyasi təsir imkanlarını artırmaq, Ermənistanın silah arsenalında Fransa istehsalı silahların sayını çoxaltmaq, beləliklə, İrəvanı təhlükəsizlik predmeti üzrə tam şəkildə özündən asılı vəziyyətə salmaqdır. Belə demək mümkünsə, Fransa Ermənistan növbəti koloniyasına çevirməyə hazırlaşır.

Makron, həmçinin ABŞ ilə bağlanan strateji tərəfdaşlıq sazişindən narahatdır. ABŞ-ın Ermənistanla əlaqələrinin artması Fransanın prosesdən kənarlaşması demək olacaq və bu da Parisin bölgədəyi ümidlərinin üzərindən xətt çəkir. Halbuki Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının müşahidə missiyası məhz Fransanın regionda geosiyasi maraqlarına xidmət edirdi. İndiki dövrdə ABŞ-ın önə çıxması Fransanı yenə də ikinci plana keçirir, bəlkə də tam şəkildə izolyasiya edir.

Ermənistan təhdid yaratmağa davam edərsə...

Amma Parisin Ermənistanı silahlandırmaqla qurduğu xəyallar iflasa məhkumdur - Ermənistan hakimiyyəti və ölkə daxilindəki revanşist dairələr Fransanın təlimatına əsasən bölgədə hər hansı təxribata davamlı şəkildə əl atacağı təqdirdə Azərbaycan bunu sadəcə müşahidə etməyəcək - adevkat tədbirlər görüləcək. Prezident İlham Əliyev öz müsahibələrində və çıxışlarında bu barədə Ermənistana və onun havadarlarına dəfələrlə xəbərdarlıq edib. Prezident qəti şəkildə bəyan edib ki, Ermənistanın məqsədyönlü şəkildə sürətlə silahlanması və təxribatlara baş vurması Azərbaycanın zəruri adevkat tədbirlər görməsinə gətirib çıxara bilər.

Yunis Abdullayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri