Icma.az
close
up
RU
Fransa güclüdür, amma qarşısıalınmaz deyil: İkiqat dünya çempionlarının zəif tərəfləri in TƏHLİLİNDƏ

Fransa güclüdür, amma qarşısıalınmaz deyil: İkiqat dünya çempionlarının zəif tərəfləri in TƏHLİLİNDƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq. Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.biz-in məlumatına görə, rəqib yalnız D qrupunun deyil, ümumilikdə qarşıdakı mundialın da favoriti hesab olunur.

Demək olar ki, hamı 30 il əvvəl millimizin Fransaya 0:10 hesabı ilə uduzmasını, eləcə də cari tsikldə İslandiyaya səfərdə 0:5 hesablı ağır məğlubiyyəti xatırlayaraq bu oyundan böyükhesablı məğlubiyyət gözləyir.

Lakin fransızlar qarşıdakı oyunun aşkar favoriti sayılsalar da, milli komandamızı əvvəlcədən “dəfn etməyə” dəyməz.

Axı, hər komandanın olduğu kimi, Fransa yığmasının da zəif nöqtələri var. Bəs görəsən azərbaycanlı futbolçular Fransanın zəif tərəflərindən istifadə etməklə necə “Park de Prens”dən uğurlu nəticə ilə qayıda bilər?

Rəqibi komfortdan məhrum etmək

Didye Deşamın komandası 4-2-3-1 sxemi ilə oynayır, cinah müdafiəçiləri isə hücuma çox qoşulur. Xüsusən Teo Ernandesin irəli çıxması arxada boşluq yaradır. Azərbaycan millisinin planı bu boşluqlardan istifadə etmək, top bizdə olmayanda isə 5-4-1 sistemi ilə dar müdafiə qurmaq olmalıdır. Məqsəd - fransızları mərkəzdə deyil, cinahlarda oynamağa məcbur etməkdir.

Fransanın keçmişdən qalan zəif tərəflərindən istifadə etmək

AVRO-2024-də fransızlar dəqiqələrin biri-digərini əvəz etməsinə baxmayaraq oyundan real təhlükəli epizodlar yarada bilmədiyi görünürdü: onlar tez-tez penaltinin, rikoşetlərin və standart vəziyyətlərin ümidinə qalırdı. Hətta ulduzlarla dolu heyət belə sıx müdafiə qarşısında yaradıcılıq göstərə bilmir. Deməli, əsas prinsip – cərimə meydançasında nizam-intizamlı oynamaq, 20–23 metrlik radiusda rəqibi yıxmamaq və asmalardan sonra topa sahib olmaq uğrunda mübarizə aparmaq olacaq.

Keçidlər

Teo Ernandes irəli çıxdıqda arxasında boşluq yaranır. Burada dayaq zonasından anında uzun diaqonallar, hücumçunun uzaq bucağa qaçışı və dərinlikdən ikinci tempin dəstəyi vacibdir. Ən optimal variant – 3-5-2 sxemidir, top bizdə olmayanda isə bu sistem 5-3-2-yə çevrilə bilər. Belə olan halda bir hücumçu mərkəz müdafiəçiləri özünə tərəf çəkir, digəri isə boş sahəyə çıxaraq hücum edir. Pressinqdən çıxmaq üçün uzun ötürmələrdən istifadə etmək, Mahir Emrelinin topu özündə saxlamaq bacarığı və bu zaman cinah yarımmüdafiəçilərin hücuma qoşulmasına bel bağlamaq olar.

Fərdi nəzarət

Mbappeni boş buraxmaq olmaz. Ona sahə vermək, topu rahat qəbul etməsinə imkan yaratmaq təhlükəlidir. Onu ikiqat sığortalamaq və hərəkət trayektoriyasını məhdudlaşdırmaq vacibdir. Eyni zamanda, Maykl Oliseyə də diqqət yetirmək lazımdır – o, mərkəzə sürüşərək xətlərin arasındakı boşluqları yaxşı görür.

Pressinq məqamları

Fransa oyuna səbirli başlayır, amma lokal pressinqdə çətinlik çəkir. Qapıçıya ötürmə, dayaq zonasına zəif ayaqla pas və ya cinaha verilən xətt ötürmələri – pressinq göstərmək üçün siqnaldır. Bu anlarda beş nəfərlik sıx təzyiq onların səhv ötürmələrinə səbəb ola bilər. Bir-iki belə topu rəqibdən almaq qol imkanı deməkdir.

Standart vəziyyətlər

Fransaya qarşı hər künc zərbəsi, uzaq məsafədən cərimə və ya aut atışı fürsətə çevrilə bilər. Künc zərbələrində qapıçıya maneə zonası yaratmaq, Saliba və Upamekano arasındakı sahəyə hücum etmək və ikinci topa hazır olmaq vacibdir. Qapı qarşısında sıxlıq, iti asmalar və ikinci topdan ani zərbə favoritin üstünlüyünü neytrallaşdıra bilər.

Oyunda tempin idarə edilməsi

Oyunun ilk saatında əsas məqsəd – hesabda 0:0 saxlamaqdır. 60-cı dəqiqədən sonra Fransa sıx müdafiə qarşısında səbrini itirir, cərimələrin sayı artır və xətlər arasında boşluqlar yaranır. Bu mərhələdə cinahlarda təzə qüvvələrin meydana daxil olması və yorulmuş müdafiəçilərin arxasına qaçış vacib olacaq. Belə situasiyada cinahların bir-biri ilə kontaktı həlledici amilə çevrilə bilər.

Azərbaycan artıq sübut edib ki, ağır oyunlardan sonra toparlana bilir. Ukrayna ilə 1:1-lik heç-heçə bunun göstəricisidir. Kompakt oynamaq, soyuqqanlı olmaq və plana sadiq qalmaq – bəzən taktiki sistemdən də vacibdir.

Əlbəttə, bu, sensasiyaya üçün zəmanət deyil. Amma bütün bunlar Parisdəki gecəni “favoritin gəzintisi”ndən əsəblərin döyüşünə çevirməyin real yoludur. Şans – plana sadiq qalan və rəqibin zəif nöqtəsinə zərbə vuranın tərəfində olacaq.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see305

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see168

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see163

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see155

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see143

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see140

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see138

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see137

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see136

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see136

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see133

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see132

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see129

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see128

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see128

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri