Fransa ilə Malayziya arasında strateji tərəfdaşlıq sazişi imzalanacaq
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa Prezidenti Emmanuel Makron noyabrın 16-17-də Malayziyaya səfəri zamanı nadir torpaq metallarının tədarükünün şaxələndirilməsi ilə bağlı razılıq əldə etməyi planlaşdırır.
Bu barədə Fransa lideri “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Emmanuel Makronun sözlərinə görə, nadir torpaq metalları elektrik mühərriklərində və elektron cihazlarda istifadə olunan maqnitlərin istehsalı üçün vacibdir: "Tədarük mənbələrinin şaxələndirilməsi Fransa müəssisələrini xammal çatışmazlığı səbəbindən istehsalın dayanması riskindən qoruyacaq".
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanması və hibrid təhdidlərlə mübarizə mərkəzinin açılması da nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Noyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















