Fransa ilə oyuna doğru: biz qələbəyə həsrət, onlar isə…
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində bu gün Fransanın qonağı olacaq. “Park de Prens”də keçiriləcək görüşə saat 22:45-də start veriləcək.
Fransa yığması seçmə mərhələdəki iki oyunu da qazanıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv İslandiyanı 2:1, Fransanı isə 2:0 hesabıyla məğlub edib. Azərbaycan yığması isə İslandiyaya 0:5 hesabıyla uduzub, Ukrayna ilə isə heç-heçə edib – 1:1.
“Park de Prens”də favorit Fransa yığmasıdır. “Xoruzlar” sonuncu dəfə ev oyununda 2024-cü ilin sentyabrında uduzub. Komanda UEFA Millətlər Liqasının pley-off mərhələsində İtaliyaya məğlub olub – 1:3.
Azərbaycan millisi isə uzun müddətdir, qələbə qazanmır. Yığma sonuncu dəfə 2024-cü ilin yayında Qazaxıstanla yoldaşlıq oyununda qələbə qazanıb – 3:2.
Fransızlar evində keçirdiyi son 10 matçda 1 dəfə uduzub, 3 dəfə heç-heçə edib, 6 dəfə qələbə qazanıb. Azərbaycan yığmasının isə son 10 səfər oyununda 1 qələbəsi, 1 heç-heçəsi var. 8 görüşdə millimiz meydanı məğlub tərk edib.
Baxış sayı:52
Bu xəbər 10 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















