Icma.az
close
up
RU
Fransa İsveçrə parlamentindən istifadə edərək Azərbaycana qarşı növbəti qərəzli qətnaməsini qəbul etdirir Fəzail Ağamalı

Fransa İsveçrə parlamentindən istifadə edərək Azərbaycana qarşı növbəti qərəzli qətnaməsini qəbul etdirir Fəzail Ağamalı

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Fransa İsveçrə parlamentindən istifadə edərək Azərbaycana qarşı növbəti qərəzli qətnaməsini qəbul etdirir" - Fəzail Ağamalı

"İsveçrə parlamentinin aşağı palatasında "Dağlıq Qarabağ: Sülh Konfransı" adlı qətnamə qəbul edilməsi Fransanın əl işidir".

Bunu Sonxeber.az-a danışan Ana Vətən Partiyasının (AVP) sədri, sabiq deputat Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı bildirib ki, Fransanın İsveçrənin üzərində böyük təsiri var:

"Təsadüfi deyil ki, İsveçrənin dövlət dillərindən biri də fransız dilidir. İsveçrədə fransız dili digərlərinə nisbətən daha çox istifadə olunur. Digər məsələlərdə də Fransanın İsveçrə üzərində böyük təsiri var. Bu təsirdən istifadə edən Fransa İsveçrə parlamentindən istifadə edərək Azərbaycana qarşı növbəti qərəzli qətnaməsini qəbul etdirir. Fransa XXI əsirin üz qarası olan yeni müstəmləkə siyasətini ortaya qoyur. Bu addım bir daha Fransanın əsil simasını və anti-demokratik ölkə olduğunu ortaya qoyur. Bakı Təşəbbüs Qrupu Bakıda başlatdığı bu prosesi artıq Avropanın ortasında və Fransanın özündə bu cür eybəcərliklərə məruz qalan, hətta dilləri, adət-ənənələri sıxışdırılan və müstəmləkə rejimi altında yaşamalı olan xalqlarla birlikdə silsilə olaraq davam etdirir. Görünür, İsveçrənin qəbul etdiyi qətnamə Fransanın ölkəmizə qarşı növbəti qərəzli addımıdır. Bu qətnamələr bizi zərrə qədər narahat etmir. Çünki ermənilər Azərbaycan torpaqlarını könüllü şəkildə tərk edib, onlara heç bir təzyiq göstərilməyib. Dövlət qurumları tərəfindən hər hansı xoşagəlməz münasibət olmayıb. Bunu ermənilər azərbaycanlı jurnalistlərinə verdiyi müsahibələrdə xüsusi qeyd ediblər".

Fəzail Ağamalı vurğulayıb ki, Vətən müharibəsindən dərhal sonra Azərbaycan xüsusi portal açdı və ermənilərə müraciət etdi ki, ölkəmizin vətəndaşlığını qəbul edən ermənilər təhlükəsiz şəkildə əvvəlki kimi yaşaya bilərlər:

"Amma onlar qəbul etmədilər. Çünki 1988-ci ildə başlayan 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatına qədər bu vandal xalq Azərbaycan xalqına qarşı törədilən bütün vəhşilikdə iştirak ediblər və cinayət məsuliyyəti daşıyırlar. Soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törədən ermənilər Azərbaycanın qanunları çərçivəsində cavab verəcəklər. Məhz buna görə də onlar geri qayıtmadılar. Bundan istifadə edən Fransa, Niderland, İsveçrə və digər qərb dövlətləri qəbul etdiyi qərəzli qətnamələrlə Azərbaycana qarşı təzyiq göstərirlər. Bu qətnamələrin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycan güclü dövlətdir və problemlərini öz gücünə həll etmək gücünə malikdir. Azərbaycanın əldə etdiyi qələbələri ilə dünya liderləri ilə ön sırada dayanan İlham Əliyev kimi dövlət başçısı var. Cənab prezident İlham Əliyevin xalqla sarsılmaz birliyi var. Bu cür qətnamələr heç bir gücü və hüququ olmayan kağız parçasındır. Bu gün ölkəmiz ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab prezident İlham Əliyevin rəhbərliyi altında irəliyə doğru addımlamaqda və həm bəşəriyyətə, həm də Azərbaycana töhfələr verməkdədir. Bu yoldan bizi heç kim döndərə bilməz. Bizim uğurlarımız bundan sonra davam edəcək. Çünki hadisələrin gedişi Azərbaycan dövlətinin gücünü və imkanlarını bütün bəşəriyyətə nümayiş etdirməkdədir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 18 Dekabr 2024 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri