Fransa kəşfiyyatının sabiq rəhbəri şantaj cəhdində təqsirli bilinib
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Fransanın Xarici Kəşfiyyat Baş İdarəsinin (DGSE) sabiq direktoru Bernard Bajole yanvarın 8-də Bobinyi məhkəməsi tərəfindən şantaj cəhdində iştirakda təqsirli bilinərək, bir il şərti həbs cəzasına məhkum edilib. Bu cəza prokurorluğun tələb etdiyindən daha ağırdır, lakin 76 yaşlı keçmiş məmurun xidmətlərinə görə onun məhkumluğu məhkəmə qeydiyyatına salınmayacaq.
AZƏRTAC xəbər verir ki, hökm 2016-cı ildə iş adamı Alen Dümenilin Ruasi hava limanında DGSE-nin iki naməlum agenti tərəfindən təzyiqə məruz qalması ilə bağlı on illik istintaqdan sonra çıxarılıb. Agentlər ondan Fransaya 15 milyon avro qaytarmasını tələb edib, hətta yaxınlarının fotolarını göstərərək hədələyiblər.
Məhkəmə istifadə olunan üsulları “şokedici”, “narahatedici” və “hüquqi dövlət prinsiplərinə zidd” adlandırıb. Hakimlər bildiriblər ki, bu qədər həssas işdə agentlərin rəhbərliyin xəbəri olmadan hərəkət etməsi inandırıcı deyil. Bajole həmin görüşün keçirilməsinə razılıq verdiyini etiraf etsə də, təzyiq metodlarından xəbərsiz olduğunu deyib.
Məhkəmə həmçinin Bernard Bajolenin Alen Dümenilə 25 min avro təzminat ödəməsinə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 09 Yanvar 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















