Icma.az
close
up
RU
Fransa “könüllülər ordusu” yaradacaq?

Fransa “könüllülər ordusu” yaradacaq?

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az Fransanın “Le Figaro” nəşrinə istinadən bildirir ki, Emmanuel Makron Yohannesburqda keçirilən G20 sammiti çərçivəsində verdiyi açıqlamada “qeyri-müəyyənlik və artan gərginlik” ilə yadda qalan qlobal təhlükəsizlik mühiti kontekstində bu layihənin bir neçə aydır tədqiq olunduğunu deyib.
“Yaşadığımız dünyada, qeyri-müəyyənlik və artan gərginlik dünyasında, əgər biz həqiqətən də təhlükəsiz olmaq istəyiriksə, başqalarını bizə təcavüz etməsindən çəkindirməliyik. Fransa güclü ordusu ilə yanaşı, həm də kollektiv regenerasiya qabiliyyətinə malik güclü ölkə kimi qalmalıdır”, - qəzet Fransa liderinin açıqlamasından sitat gətirir.
Makron hələ iyulun 13-də yüksək rütbəli zabitlərə “könüllü hərbi xidmət” ideyasını təqdim edib. O, Rusiyanın yaratdığı ehtimal edilən təhlükəni əsas gətirərək, “ölkənin tab gətirə bilməsi və səfərbər olmasının” zəruriliyini vurğulayıb. Fransa prezidenti “sözügedən məsələ ilə bağlı qərarları bu payızda qəbul edəcəyinə” söz verib.
- Belə bir bəyanatın mümkünlüyü hələ rəsmən təsdiqlənməyib. Könüllü hərbi xidmətin təfərrüatları, müddəti və dəyəri barədə şərh vermək istəməyən Silahlı Qüvvələr nazirliyi isə bu istiqamətdə işlərin davam etdiyini təsdiqləyib”, - nəşr yazır.
Qəzetin məlumatına görə, ildə 10-50 min gəncin hərbi xidmətə götürülməsi üçün müxtəlif ssenarilər nəzərdən keçirilir. Bəzi Fransa KİV-ləri belə hərbi xidmətin 10 aya qədər davam edə biləcəyi və “könüllülərə bir neçə yüz avro” ödəniləcəyi barədə məlumat yayıb. Məqsəd “böhran zamanı səfərbərliyə hazır olan insanlar ehtiyatı yaratmaqdır”.
Hazırda Fransa ordusunda təqribən 200 min aktiv şəxsi heyət və 47 min ehtiyatda olan əsgər var. 2030-cu ilə qədər bu rəqəmin müvafiq olaraq 210 və 80 minə çatdırılması planlaşdırılır.
Xatırladaq ki, 1996-cı ildə prezident Jak Şirak ümumbəşəri hərbi xidmətə çağırışın ləğvini elan etdikdən sonra 1997-ci il oktyabrın 28-də qəbul edilən qanunə əsasən Fransada məcburi hərbi xidmət dayandırılıb. Bu dəyişikliyin məqsədi çağırış ordusundan peşəkar orduya keçmək olub.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri