Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Fransa maliyyə dalanında dağıdıcı nəticələr qaçılmaz ola bilər

Fransa maliyyə dalanında dağıdıcı nəticələr qaçılmaz ola bilər

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndi Fransanın hazırkı siyasi rəhbərliyi üçün bir növ hesabat dövrüdür. Ölkədə 2027-ci il növbəti prezident seçkiləri ilidir. Bu isə Emmanuel Makronun iki dönəmlik prezidentlik erasının sonu deməkdir. O, ölkə qanunvericiliyinə görə qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürə bilməz.

2018-ci ildən başlayan E.Makron erası Fransa üçün nə ilə əlamətdar oldu? Ölkənin son illərdəki  reallıqlarına, Avropa İttifaqı (Aİ) daxilində, qlobal miqyasda, müstəmləkə ölkələrində üzləşdiyi ciddi problemlərə istinad etsək, suala hansısa bir təsəlliverici cavab vermək mümkün deyil. Əksinə, beynəlxalq birlik Fransanın getdikcə daha sürətlə yüzilliklər boyunca qoruduğu ənənələrdən uzaqlaşdığını, sosial-iqtisadi sahədə  həlli müşkül görünən problemlər burulğanına düşdüyünü, Aİ-də liderliyini əldən verdiyini, müstəmləkə ərazilərindən qovulduğunu izləyir.

Son illərdə Fransanın üzləşdiyi ən ciddi problem isə E.Makronun milli qanunvericiliyin müddəalarını pozmaqla təyin etdiyi baş nazirlərin qurduqları hökumətlərin yarıtmaz fəaliyyətlərinin nəticəsi olaraq ölkədə maliyyə böhranının təhlükəli həddə çatmasıdır. Artıq müxtəlif analitik dairələr, nüfuzlu reytinq agentlikləri, hakimiyyətə iddialı olan müxalifət partiyalarının təmsilçiləri həyəcan təbili çalırlar və vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görülməsinin zəruriliyini əsaslandırırlar.

Ölkədə maliyyə böhranı riski hər ötən gün daha da ciddiləşir

Fransanın dövlət maliyyəsinin vəziyyəti ilə bağlı narahatlıqlar artır. Bu günlərdə respublikaçılar partiyasından (LR) deputat və büdcə üzrə baş məruzəçi Filip Jüvən “France Televisions” kanalında yayımlanan “Telematin” proqramında ölkənin maliyyə vəziyyəti barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, maliyyə böhranı riski hər gün artır və tədbirlər görülmədiyi təqdirdə bu təhlükə daha da böyüyəcək. Deputat əsas xəbərdarlıq siqnalı kimi Fransanın maliyyə bazarlarından borc alarkən ödədiyi faizlərin yüksəlməsini göstərib. Bu artım xüsusilə avqust ayında nəzərəçarpacaq dərəcədə sürətlənib.

Jüvənin fikrincə, investorlar hələ də Fransaya etimad göstərirlər, lakin ölkənin müxtəlif borclanma əməliyyatları ilə bağlı riskləri nəzərə alaraq dövlətə daha baha şərtlərlə kredit verirlər.

Deputat mövcud vəziyyətin əsas səbəbini dövlət xərcləri ilə gəlirlər arasındakı ciddi balanssızlıqda görür. Onun hesablamasına görə, Fransa dövlət büdcəsi təxminən 330-340 milyard avro vergi gəliri əldə edir və təxminən eyni məbləğdə borclanır.

Bununla belə, Jüvən hesab edir ki, Fransa hələ iflas həddində deyil, çünki ölkə borc almaqda davam edir. Lakin əsas risk kreditorların Fransaya olan etimadını qəfil itirməsidir.

Deputat bildirir ki, Fransanın maliyyə vəziyyəti beynəlxalq kreditorlar tərəfindən diqqətlə izlənilir və ölkə Beynəlxalq Valyuta Fondunun (BVF) də nəzarəti altındadır. Jüvən bir neçə həftə əvvəl BVF nümayəndələri ilə görüşdüyünü bildirərək, kreditorların Fransaya etimadını hələ saxladığını, lakin bunun getdikcə çətinləşdiyini vurğulayıb. Onun fikrincə, bu tendensiya davam edərsə, Fransa kəskin və nəzarətsiz maliyyə böhranı ilə üzləşə bilər.

Maliyyə vəziyyətinə təzyiq göstərən əsas amillərdən biri - dövlətin yüksək borclanma xərcləri

“Fitch” beynəlxalq reytinq agentliyi cari ilin mart ayında son qiymətləndirməsində Fransanın yüksək dövlət borcuna və dövlət maliyyəsinin sağlamlaşdırılmasını məhdudlaşdıran siyasi vəziyyətə diqqət çəkmişdi. Həmin vaxt “Fitch” 2026-cı ildə Fransanın büdcə kəsirinin ÜDM-in 4,9 faizi səviyyəsində olacağını proqnozlaşdırmışdı.

İqtisadiyyat naziri Rolan Lekür isə hökumətin bu hədəfə çatmasının çətin olacağını etiraf edib. Ölkənın maliyyə vəziyyətinə təzyiq göstərən əsas amillərdən biri isə dövlətin borclanma xərcləridir. Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi son təxminən 20 ilin ən yüksək səviyyəsinə çatıb və bu, dövlət borcuna xidmət xərclərini artırır.

IESEG institutunun iqtisadi araşdırmalar direktoru Erik Dor hesab edir ki, mövcud şəraitdə “Fitch”in Fransanın reytinqini aşağı salması mümkündür. Onun fikrincə, yay aylarında baş verən isti hava dalğaları və meşə yanğınları, kənd təsərrüfatı istehsalına dəyən zərər, yüksək neft qiymətləri və iqtisadi artım perspektivlərinin zəifləməsi vəziyyəti daha da çətinləşdirir. Dor, həmçinin qeyd edir ki, Fransanın 10 illik borclanma faizi bir sıra Avropa ölkələrindən xeyli yüksəkdir və bu, maliyyə bazarlarının narahatlığını göstərir.

Ekspertə görə, qarşıdan gələn prezident seçkiləri də reytinq agentliklərinin diqqətində olacaq. Prezident seçkilərinin ikinci turunda Marin Lö Pen və ya Jan-Lük Melanşonun iştirak etməsi ehtimalı, onların iqtisadi proqramlarının bazarlarda yaratdığı narahatlıq səbəbindən əlavə risk faktoru kimi qiymətləndirilə bilər.

Payızda büdcə yenə də qəbul olunmasa...

Fransanın Dövlət Maliyyələri Baş İdarəsi (DGFiP) 2027-ci ilin büdcəsinin payızda qəbul olunmamasının ölkə iqtisadiyyatı üçün ciddi nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edib. Xüsusi qanunun müddətinin uzadılması büdcə kəsirini artırmaqla yanaşı, növbəti hökumətin fəaliyyət imkanlarını da əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

DGFiP siyasi dairələrə ünvanlanan hesabatında 2027-ci ilin payızında büdcə qəbul edilmədiyi və onun əvəzinə xüsusi qanunun qüvvədə saxlanılması ssenarisinin iqtisadi nəticələrini qiymətləndirib. İdarənin qənaətinə görə, belə vəziyyət Fransa üçün ağır, hətta “dağıdıcı” nəticələr doğura bilər.

Xüsusi qanun yalnız dövlətin yeni büdcə qəbul edilənədək fəaliyyətini davam etdirməsi üçün nəzərdə tutulmuş təcili mexanizmdir. Lakin prezident seçkiləri ili olduğundan bu vəziyyətin uzun müddət davam etməsi mümkündür.

DGFiP-nin əsas xəbərdarlığı büdcə kəsirinin ən azı 0,5 faiz artması ilə bağlıdır. Xüsusi qanun tətbiq edilərsə, əvvəlki ilin büdcə vəsaitləri eyni səviyyədə saxlanılır, sosial xərclər isə avtomatik olaraq artır. Eyni zamanda, xərcləri azaltmaq və ya vergiləri artırmaq mümkün olmayacaq. Dövlət büdcəsi üzrə nazirin sözlərinə görə, xüsusi qanun ölkəni qərar qəbul etmək imkanından məhrum edə bilər.

Belə vəziyyətdə bəzi qruplar üstünlük əldə edə bilər. Pensiyalar avtomatik şəkildə yenidən indeksləşdiriləcək. Digər tərəfdən, gəlir vergisinin inflyasiyaya uyğun indeksləşdirilməməsi vergi ödəyən fransızların daha çox vergi ödəməsinə səbəb ola bilər.

Bu xəbərdarlıq hökumətin 2027-ci il büdcəsini parlamentdən keçirməkdə ciddi çətinliklərlə üzləşdiyi bir vaxta təsadüf edir. Hökumət müxtəlif qənaət variantlarını gündəmə gətirərək, müxalifətin reaksiyasını yoxlayır. DGFiP-nin hesabatı parlament üzvlərinə büdcə dalanının mümkün nəticələrini xatırladır. Prezident seçkiləri ilində bu arqument xüsusilə əhəmiyyətlidir.

Xüsusi qanun qüvvədə qalarsa, düzəliş edilmiş maliyyə qanununun qəbul edilməsi mümkün olmayacaq. Bu isə o deməkdir ki, seçkilərdən sonra hakimiyyətə gələcək yeni prezident və hökumət əvvəlki büdcəni dəyişdirmək imkanından məhrum olacaq.

Müxalifətin borc ittihamı fonunda qızışan siyasi qarşıdurma

Milli Birlik partiyasının prezidentliyə namizədi Marin Lö Pen X sosial şəbəkəsində Fransanın maliyyə vəziyyətini sərt şəkildə tənqid edib. O, ölkənin borclanma faizlərinin 2008-ci il maliyyə böhranından bəri ən yüksək səviyyəyə çatdığını bildirərək bunu Emmanuel Makronun hakimiyyətdə olduğu on ilin amansız nəticəsi adlandırıb.

Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 4,1 faizə yüksəlib. Lö Pen dövlət maliyyəsinin vəziyyətini təsvir edərkən “Avgi tövlələrini təmizləməyin vaxtıdır” ifadəsini işlədib. Qədim yunan mifologiyasına istinad edən bu ifadə böyük və uzun müddət yığılmış problemi kökündən həll etmək mənasında istifadə olunur. RN-nin lideri, həmçinin dövlət büdcəsindəki xərcləri “qarşılığını indi ödəməli olduğumuz təminatsız çeklər” adlandırıb.

Marin Lö Penin bu açıqlaması ölkədə siyasi qarşıdurmaya səbəb olub. Makronun keçmiş iqtisadiyyat naziri Bruno Lö Mer Lö Penin ittihamlarına dərhal reaksiya verib. O bildirib ki, özü qənaət tədbirləri təklif etdiyi zaman RN yeni xərclər tələbini irəli sürüb.

Lö Mer faiz dərəcələrinin yüksəlməsini 2017-ci ildən həyata keçirilən iqtisadi siyasətdən geri çəkilmə və pensiya islahatının dayandırılması ilə əlaqələndirib. O, xüsusilə bu islahatın RN tərəfindən də tələb edildiyini vurğulayıb.

Baş nazir Sebastyan Lökornü isə növbəti büdcə ilə bağlı yayılan bəzi qənaət planlarını, o cümlədən tələbələr üçün mənzil yardımının ləğv ediləcəyi barədə məlumatları təkzib edib. O, fransızları narahat etmək məqsədilə təsdiqlənməmiş qərarların yayılmasına görə qəzəbli olduğunu bildirib.

Yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini dayandırıb

Fransada səngimək bilməyən iqtisadi kövrəklikdən ən çox üçdən az işçisi olan kiçik müəssisələrin rəhbərləri zərər çəkirlər. Ölkədə 2026-cı ilin ilk altı ayında 33 mindən çox müəssisə rəhbəri fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. “GSC-Altares” Observatoriyasının açıqladığı məlumatlara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faiz artıb. Üçdən az işçisi olan müəssisələrin rəhbərləri bütün itirilmiş iş yerlərinin təxminən 75 faizini təşkil edir.

Lakin böhran daha böyük şirkətlərə də təsir göstərir. Yarım ildə ən azı 20 işçisi olan müəssisələrin 694 rəhbəri fəaliyyətini dayandırıb, 50-dən çox işçisi olan şirkətlərdə isə rəhbərlərin iş itkisi bir il ərzində 52 faizədək artıb. Dövriyyəsi 5 milyon avrodan çox olan müəssisələrdə bu artım 26,4 faiz, 10 milyon avronu keçən şirkətlərdə isə 47,3 faiz təşkil edib.

Sektorlar üzrə tikinti sahəsi ilk sıradadır. İlin ilk altı ayında bu sektorda 7718 şirkət rəhbəri fəaliyyətini itirib ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən dörddəbirinə bərabərdir.

İkinci yerdə 6971 sahibkarla ticarət sektoru gəlir. Mehmanxana və restoran sahəsində 5057 rəhbər fəaliyyətini itirib ki, bu da bir il ərzində 10,4 faizlik artım deməkdir. Müəssisələrə xidmət sektorunda isə itkilər 15,2 faiz artaraq 4770 sahibkara çatıb.

GSC-nin prezidenti Erve Kermarresin sözlərinə görə, sahibkarın fəaliyyətini itirməsi bütün sahibkar profillərinə təsir edə bilər və heç bir şirkət rəhbəri bundan sığortalanmayıb.

Qurumun araşdırmalar direktoru Thierry Millon isə bildirir ki, 33 mindən çox şirkət rəhbərinin fəaliyyətini itirməsi onların müəssisələrində çalışan təxminən 80 min muzdlu işçinin də iş yerini itirməsinə səbəb olub.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri