Fransa millisində debüt etdi, İngiltərə klubların transfer siyahısına düşdü
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Volsburq"un və Fransa gənclər yığmasının müdafiəçisi Saël Kumbedi İngiltərə Premyer Liqasının bir neçə klubunun diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Çelsi", "Tottenhem" və "Fulhem" 21 yaşlı sağ cinah müdafiəçisini yaxından izləyirlər. "Volsburq"un 2-ci Bundesliqaya düşməsinə baxmayaraq, futbolçu komandada qalaraq klubun yenidən yüksək liqaya qayıtmasına kömək etmək qərarına gəlib – bu addım onun nüfuzunu daha da artırıb.
Müdafiəçinin çıxışı Fransa millisinin baş məşqçisi Zinedin Zidanın diqqətini çəkib və o, noyabr ayında futbolçunu ilk dəfə əsas milliyə dəvət edib. Kumbedi "üçrənglilər"in heyətində debütünü Millətlər Liqası çərçivəsində "San Siro"da İtaliyaya qarşı keçirilən oyunda edib. Bununla da müdafiəçi 2007-ci ildən bəri Almaniya 2-ci Bundesliqasından Fransa millisinə çağırılan ilk futbolçu oldu.
Qeyd edək ki, Kumbedinin Almaniya klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir. Müdafiəçi cari mövsümdə 10 oyunda meydana çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















