Fransa MN: BƏƏ yə əlavə altı Rafale qırıcısı göndərmişik
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Fransa öz təhlükəsizliyini təmin etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə əlavə altı "Rafale" qırıcısı göndərib.
Adalet.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Katrin Votren RTL radiostansiyasına bildirib.
"Bizim artıq BƏƏ-də "Rafale" qırıcılarımız var. Razılaşmamız çərçivəsində Ərəb Əmirliklərinə daha altı qırıcı göndərilib", - o qeyd edib.
Nazir həmçinin Yaxın Şərqdə çətin vəziyyətdə qalan Fransa vətəndaşlarının yeni təxliyəsini elan edib.
"Yaxın Şərqdə 400 min insan yaşayır. Biz vətəndaşlarımızın taleyindən çox narahatıq. Onlardan bəziləri dəstək almaq, digərləri isə geri qayıtmaq xahişi ilə bizə müraciət ediblər. Bütün bunlar komandalarımız tərəfindən gündəlik olaraq həll edilir", - o bildirib.
K.Votren qeyd edib ki, ilk növbədə, əhalinin həssas qrupları, yaşlılar və ya müşayiətsiz olan yetkinlik yaşına çatmamış şəxslər təxliyə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 05 Mart 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















